Zaxarova Moskvada Heydər Əliyevin abidəsinin quraşdırılmasını mühüm mədəniyyət hadisəsi adlandırıb

06.03.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin abidəsinin ucaldılması Moskva və Bakı üçün mühüm mədəni-humanitar hadisə olacaq".

Oxu.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

"Biz bu parlaq, qeyri-adi, istedadlı şəxsiyyətin və dövlət xadiminin xatirəsini qoruyub saxlayır və ona böyük sevgi və hörmətlə yanaşırıq", - deyə o bildirib.

Zaxarova, həmçinin xatırladıb ki, 2023-cü ildə Moskvada və Rusiyanın digər şəhərlərində Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı anım tədbirləri keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью