Zaxarova Moskvada Heydər Əliyevin abidəsinin quraşdırılmasını mühüm mədəniyyət hadisəsi adlandırıb
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin abidəsinin ucaldılması Moskva və Bakı üçün mühüm mədəni-humanitar hadisə olacaq".
Oxu.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
"Biz bu parlaq, qeyri-adi, istedadlı şəxsiyyətin və dövlət xadiminin xatirəsini qoruyub saxlayır və ona böyük sevgi və hörmətlə yanaşırıq", - deyə o bildirib.
Zaxarova, həmçinin xatırladıb ki, 2023-cü ildə Moskvada və Rusiyanın digər şəhərlərində Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı anım tədbirləri keçirilib.
Bu mövzuda digər xəbərlər:“Heydər Əliyevin abidəsinin ucaldılması mühüm hadisə olacaq” Zaxarova
06 Mart 2025 19:47
Moskvada Heydər Əliyevin abidəsinin təməli qoyulub
04 Mart 2025 13:23
Zaxarova: “Rusiyada Heydər Əliyevin xatirəsi qorunur”
06 Mart 2025 19:44
Moskvada Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin abidəsinin təntənəli təməlqoyma mərasimi olub
04 Mart 2025 15:08
“Vesti nedeli” proqramında Moskvada Heydər Əliyevin abidəsinin təməlqoyma mərasimi barədə süjet yayımlanıb
10 Mart 2025 18:25
Baxış sayı:133
Bu xəbər 06 Mart 2025 21:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















