“Zaxarovanın açıqlaması ilə kimsənin azad olunması mümkün deyil” Komitə sədri | Icma.az
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Moskvanın ikitərəfli münasibətlərdə əsas diqqət yetirdiyi məsələ Azərbaycanda həbsdə olan Rusiya vətəndaşlarının azad edilməsidir.
Rusiya XİN sözçüsü Mariya Zaxarovanın açıqlamaları bu istiqamətdə konkret tələb xarakteri daşıyır, lakin real nəticə doğuracağı inandırıcı görünmür”.“AzPolitika” xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın açıqlamasına münasibət bildirərkən deyib.“Bakıda həbs olunmuş Rusiya vətəndaşlarının azadlığa buraxılması ikitərəfli münasibətlərin normallaşması yönündə mühüm addım olacaq”, - Zaxarova deyib.Aruz Nağıyev isə bildirib ki, hər bir şəxs törətdiyi cinayətə görə məsuliyyət daşıyır.
“Ona görə də yalnız məhkəmə prosesi başa çatdıqdan sonra bu məsələyə aydınlıq gətirilə bilər.
Zaxarovanın açıqlaması ilə kimsənin azad olunması mümkün deyil”, - o əlavə edib.Arzu Nağıyev bildirib ki, yaxın vaxtlarda Azərbaycan və Rusiya arasında yüksək səviyyəli görüşlərin keçirilməsi istisna deyil, lakin bu, yalnız Moskvanın konkret addımlarından sonra reallaşa bilər: “Putinin açıqlamalarını yumşaldıcı ritorika kimi qiymətləndirmək olar.
Amma əsas məqam ondan ibarətdir ki, Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” kanalına müsahibəsində Azərbaycanın qəti mövqeyini ortaya qoyub.
Beynəlxalq görüşlər BMT Baş Assambleyası, MDB və digər sammitlər çərçivəsində baş tuta bilər, amma indidən konkret proqnoz vermək çətindir”.
Onun sözlərinə görə, ABŞ və Avropa İttifaqının Ermənistana artan dəstəyi Rusiyanı narahat edir və Azərbaycan kimi strateji tərəfdaşın itirilməsi Moskva üçün ağır nəticələrə səbəb ola bilər: “Sanksiyaların genişlənməsi fonunda Rusiya üçün Şimal–Cənub dəhlizi prioritet istiqamətdir.
Tam oxu
Xəbəri oxu