Icma.az
close
up
RU
“Zaxarovanın açıqlaması ilə kimsənin azad olunması mümkün deyil” Komitə sədri

“Zaxarovanın açıqlaması ilə kimsənin azad olunması mümkün deyil” Komitə sədri

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Moskvanın ikitərəfli münasibətlərdə əsas diqqət yetirdiyi məsələ Azərbaycanda həbsdə olan Rusiya vətəndaşlarının azad edilməsidir. Rusiya XİN sözçüsü Mariya Zaxarovanın açıqlamaları bu istiqamətdə konkret tələb xarakteri daşıyır, lakin real nəticə doğuracağı inandırıcı görünmür”.

“AzPolitika” xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın açıqlamasına münasibət bildirərkən deyib.

“Bakıda həbs olunmuş Rusiya vətəndaşlarının azadlığa buraxılması ikitərəfli münasibətlərin normallaşması yönündə mühüm addım olacaq”, - Zaxarova deyib.

Aruz Nağıyev isə bildirib ki, hər bir şəxs törətdiyi cinayətə görə məsuliyyət daşıyır. “Ona görə də yalnız məhkəmə prosesi başa çatdıqdan sonra bu məsələyə aydınlıq gətirilə bilər. Zaxarovanın açıqlaması ilə kimsənin azad olunması mümkün deyil”, - o əlavə edib.

Arzu Nağıyev bildirib ki, yaxın vaxtlarda Azərbaycan və Rusiya arasında yüksək səviyyəli görüşlərin keçirilməsi istisna deyil, lakin bu, yalnız Moskvanın konkret addımlarından sonra reallaşa bilər: “Putinin açıqlamalarını yumşaldıcı ritorika kimi qiymətləndirmək olar. Amma əsas məqam ondan ibarətdir ki, Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” kanalına müsahibəsində Azərbaycanın qəti mövqeyini ortaya qoyub. Beynəlxalq görüşlər BMT Baş Assambleyası, MDB və digər sammitlər çərçivəsində baş tuta bilər, amma indidən konkret proqnoz vermək çətindir”.

Onun sözlərinə görə, ABŞ və Avropa İttifaqının Ermənistana artan dəstəyi Rusiyanı narahat edir və Azərbaycan kimi strateji tərəfdaşın itirilməsi Moskva üçün ağır nəticələrə səbəb ola bilər: “Sanksiyaların genişlənməsi fonunda Rusiya üçün Şimal–Cənub dəhlizi prioritet istiqamətdir. Burada Azərbaycanın rolu böyükdür. Moskva Cənubi Qafqazda yeni qarşıdurma istəmir. Ukrayna müharibəsi şəraitində başqa bir cəbhə açmaq Rusiya üçün çox təhlükəli nəticələr doğura bilər”.

A.Nağıyev vurğulayıb ki, Bakı öz müstəqil siyasətini qoruyur və yalnız Moskvadan gələcək real addımlar fonunda münasibətlər sabitləşə bilər:

“Həbsdəki Rusiya vətəndaşlarının azad olunması humanitar jest kimi gündəmə gələ bilər, amma bunun da yeganə yolu məhkəmə prosesidir. Azərbaycan isə öz mövqeyini və Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasəti qoruyaraq, Rusiya ilə münasibətləri sabitləşdirə bilər”.

“AzPolitika.info” 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Sentyabr 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see263

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see197

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see189

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see182

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see174

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see159

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see129

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see127

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri