Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən 8 Noyabr - Zəfər Gününə həsr edilmiş “Zəfər Günü - milli qürur və şərəf tariximiz” adlı tədbir keçirilib.
Tədbirdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, şəhid ailələri, qazilər, Ərazi Partiya Təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ağstafa şəhərində yerləşən “Şəhid” Memorial abidə kompleksini ziyarət ediblər, abidə kompleksinin önünə gül dəstələri düzüblər.
Tədbir YAP Ağstafa rayon təşkilatının inzibati binasında davam etdirilib.
Tədbirə başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Yeni Azərbaycan Partiyasının, müasir, müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev ilk öncə tədbir iştirakçılarını qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib və bildirib ki, dörd il öncə başlayan Vətən müharibəsində Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların 30 il ərzində həll edə bilmədiyi və yaxud həll etmək istəmədiyi Qarabağ münaqişəsini həll edərək düşməni öz sərhədlərinə qədər qovub ərazi bütövlüyünü bərpa etmişdir.