Icma.az
close
up
RU
Zəfər Günü milli qürur və şərəf tariximiz

Zəfər Günü milli qürur və şərəf tariximiz

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən 8 Noyabr - Zəfər Gününə həsr edilmiş “Zəfər Günü - milli qürur və şərəf tariximiz” adlı tədbir keçirilib.

Tədbirdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, şəhid ailələri, qazilər, Ərazi Partiya Təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ağstafa şəhərində yerləşən “Şəhid” Memorial abidə kompleksini ziyarət ediblər, abidə kompleksinin önünə gül dəstələri düzüblər.

Tədbir YAP Ağstafa rayon təşkilatının inzibati binasında davam etdirilib.

Tədbirə başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Yeni Azərbaycan Partiyasının, müasir, müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev ilk öncə tədbir iştirakçılarını qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib və  bildirib ki, dörd il öncə başlayan Vətən müharibəsində Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların 30 il ərzində həll edə bilmədiyi və yaxud həll etmək istəmədiyi Qarabağ münaqişəsini həll edərək düşməni öz sərhədlərinə qədər qovub ərazi bütövlüyünü bərpa etmişdir. Bu gün tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa quruculuq işləri həyata keçirilir.

Tədbirdə çıxış edən digər natiqlər –“Mədəniyyət şöbəsi” Ərazi Partiya Təşkilatının sədri Gülgün Kərimov, Ağstafa Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, partiya fəalı, həmçinin şəhid bacısı Nərgiz Şıxməmmədova və Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi Ağstafa rayon filialının sədri Mirzahid Hacıyev öz növbələrində qeyd ediblər ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etməklə tarixinin ən şərəfli səhifəsini yazdı. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi qarşısında düşmən diz çökdü. Azərbaycan torpaqları düşmən işğalından azad olundu və bununla da xalqımızın əbədi olaraq doğma dədə-baba yurduna qayıdışı təmin edildi.

Sonra YAP sıralarına yeni qoşulmuş şəhid anasına üzvlük vəsiqəsi təqdim olunub.

Sonda isə 8 Noyabr – Zəfər Gününə həsr edilmiş film nümayiş etdirilib. Tədbirin yekununda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Noyabr 2024 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1220

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see495

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see389

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see387

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see378

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see337

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see320

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see282

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see217

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see208

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see202

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see198

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see193

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see188

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see184

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see183

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see171

“Bu, ciddi bir xəstəlikdir...”

05 Oktyabr 2026 18:07see167

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see166

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri