Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Silahlı Qüvvələrinin yeni texnika və silahları ilk dəfə paradda görünəcəkMüzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasıBakıda Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr edilmiş parad keçiriləcək.
Parad noyabrın 8-də paytaxtın Azadlıq meydanında təşkil olunacaq. Artıq parada hazırlıq işlərinə başlanılıb və növbəti Zəfər paradı olacaq.
Xatırladaq ki, 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq meydanında Vətən müharibəsində qələbə şərəfinə Zəfər paradı keçirilib.
2023-cü il noyabrın 8-də isə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad olub.
Bu dəfə isə qələbənin beş illiyi ilə bağlı üçüncü parad keçiriləcək.Parad ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün, dövlət suverenliyinin bərpasını, uzun illər Xankəndidə yuva qurmuş erməni separatizminin kökünün kəsildiyini bütün dünyaya bir daha nümayiş etdirəcək.
Eyni zamanda dövlətin suveren hüquqlarını tam şəkildə həyata keçirdiyini və bu ərazilərin Azərbaycanın ayrılmaz hissəsi olduğunu göstərəcək.
Qələbə paradları Azərbaycan xalqı üçün böyük mənəvi dəyər daşıyır.