Icma.az
close
up
RU
Zəfər paradı əvvəlkilərdən daha möhtəşəm olacaq

Zəfər paradı əvvəlkilərdən daha möhtəşəm olacaq

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Silahlı Qüvvələrinin yeni texnika və silahları ilk dəfə paradda görünəcək


Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

Bakıda Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr edilmiş parad keçiriləcək. Parad noyabrın 8-də paytaxtın Azadlıq meydanında təşkil olunacaq. Artıq parada hazırlıq işlərinə başlanılıb və növbəti Zəfər paradı olacaq. Xatırladaq ki, 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq meydanında Vətən müharibəsində qələbə şərəfinə Zəfər paradı keçirilib. 2023-cü il noyabrın 8-də isə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad olub. Bu dəfə isə qələbənin beş illiyi ilə bağlı üçüncü parad keçiriləcək.


Parad ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün, dövlət suverenliyinin bərpasını, uzun illər Xankəndidə yuva qurmuş erməni separatizminin kökünün kəsildiyini bütün dünyaya bir daha nümayiş etdirəcək. Eyni zamanda dövlətin suveren hüquqlarını tam şəkildə həyata keçirdiyini və bu ərazilərin Azərbaycanın ayrılmaz hissəsi olduğunu göstərəcək. Qələbə paradları Azərbaycan xalqı üçün böyük mənəvi dəyər daşıyır. Bu tarixi gün cəmiyyətimizdəki milli birliyi möhkəmləndirib, həmrəyliyimizin, milli vəhdətimizin gücü ilə qazandığımız tarixi zəfərin fərəhini bizə yaşadıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu şad olub. 30 il ərzində yurd həsrətinin acısından, xalqımızın başına gətirilən müsibətlərin ağırlığından ürəyimizə daman göz yaşlarımız sevinc göz yaşlarına çevrilib. Azərbaycan belə bir paradla dünya ictimaiyyətinə, xüsusilə Cənubi Qafqaz bölgəsində sülh və sabitlik arzulayan xarici qüvvələrə də, müxtəlif təxribatlarla regionumuzu qarışdırmaq istəyənlərə də mühüm bir mesaj vermiş olacaq. Dövlət bu paradla Azərbaycanın təkcə hərbi üstünlüyünü deyil, həm də siyasi iradəsini və diplomatik strategiyasını yenidən nümayiş etdirəcək. Bu tədbir bölgədə digər tərəfləri sülhə və sabitliyə dəvət edən, ölkəmizin öz ərazi bütövlüyünü qorumaq istiqamətində qətiyyətini göstərən mühüm addım sayılır.


Zəfər paradı illərdən bəri apardığımız haqq savaşındakı tarixi qələbəmizin böyük nümayişidir. Bu parad vasitəsilə tarixin ən qüdrətli Azərbaycanını bir daha təqdim edəcəyik. Ölkənin mədəni və tarixi irsinə sadiqliyinin, Qarabağın tarixi sahiblərinin yenidən bu torpaqlara qayıtmasının simvolik təcəssümü kimi dəyərləndirmək lazımdır. Parad zamanı Azərbaycan Silahlı Qüvvələrinin nümayiş etdirdiyi güc ordumuza olan etimadın təntənəsinə çevrilir. Azərbaycan Prezidenti dünyada Qarabağ münaqişəsi ilə bağlı aydın təsəvvür formalaşdırmağa nail oldu. Xalqımızın torpaqlarımızın azadlığı uğrunda apardığı mübarizənin haqq işi olduğunu, tarixi ədalətə, beynəlxalq hüquqa əsaslandığını sübuta yetirdi. Azərbaycanın bu prinsipial mövqeyini ali tribunalardan dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Ölkəmizə qarşı gələcəkdə hər hansı ittihama əsas verməmək üçün sülh danışıqlarına sona qədər sadiq qaldı.


Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov “Şərq”ə açıqlamasında bildirib ki, Vətən müharibəsində qazanılan qələbənin 5 illiyi münasibətilə Azadlıq meydanında keçiriləcək Zəfər paradı Azərbaycan dövlətçiliyi tarixində xüsusi əhəmiyyətə malik hadisədir.

Onun sözlərinə görə, 2020-ci ilin 10 dekabrında keçirilən ilk Zəfər paradı xalqımızın qürur və sevinc duyğularının təntənəsinə çevrilib: 

“Həmin gün biz 44 günlük Vətən müharibəsində yazılmış qəhrəmanlıq salnaməsini bir daha xatırladıq. O parad Azərbaycan Ordusunun gücünü, xalqın birliyini və Ali Baş Komandanın siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu gün isə artıq 5 illik yubiley Zəfər paradı haqqında danışırıq ki, bu da qələbəmizin möhkəmlənməsinin, dövlətimizin daha da güclənməsinin göstəricisidir”.


İ.Hüseynov qeyd edib ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam şəkildə təmin olunub. Xankəndidə keçirilən hərbi parad Azərbaycan tarixində mühüm mərhələ idi və bu, qələbənin taclanması kimi dəyərləndirilir: 

“Budəfəki parad da həm hərbi, həm də siyasi baxımdan çox ciddi mesajlar verəcək. Azərbaycanın regiondakı mövqeyi, güclü ordusu və artan iqtisadi potensialı bir daha nümayiş olunacaq. Bu, həm xalqımız üçün fəxr mənbəyi, həm də düşmən qüvvələr üçün aydın siqnaldır”.


Politoloq hesab edir ki, Azadlıq meydanında keçiriləcək yubiley paradı dövlətin hərbi-siyasi iradəsinin, milli gücünün və müasir ordu quruculuğunun təntənəsi olacaq: 

“Parad zamanı müxtəlif qoşun növlərinin keçidləri, hərbi texnikalar, ən son silah-sursat nümunələri, eləcə də səmada Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayişi böyük qürur hissi yaradacaq. Səmada şahinlərimiz, meydanda isə qalib ordumuzun parlaq görüntüsü xalqımıza bir daha qürur yaşadacaq”.

İlyas Hüseynov şəhidlərin ruhunu ehtiramla yad edərək bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə Azərbaycan xalqının birliyi və ordusunun fədakarlığı sayəsində mümkün olub: “Biz şəhidlərimizə rəhmət, qazilərimizə şəfa arzulayırıq. Bu gün Azərbaycan 21-ci əsrdə ərazi bütövlüyünü və suverenliyini təmin etmiş güclü bir orduya malik dövlətdir. 8 noyabrda keçiriləcək parad bir daha sübut edəcək ki, Azərbaycan Ordusu regionun ən güclü silahlı qüvvələrindən biridir. Bu parad dostlarımız üçün sevinc, düşmənlərimiz üçün isə əsl göz dağı olacaq.”


Hərbi ekspert Ədalət Verdiyev də Azərbaycanın son illərdə bir neçə dəfə hərbi parad keçirdiyini xatırladıb. Lakin ekspert budəfəki Zəfər paradının bir qədər daha geniş miqyasa malik olacağını bildirib:

“Bu, ilk yubiley paradıdır. Artıq biz qələbəmizin beş illiyini qeyd edirik. Paradda təbii ki, bizim qələbə bayrağımız, Quru Qoşunlarının, Hərbi Dəniz Qüvvələrinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Təyinatlı Qüvvələrin, eyni zamanda müttəfiq və dost ölkələrin parad heyətlərinin iştirakı gözlənilir. Bunun vacib kompanentlərindən biri də Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında mövcud olan və yeni əldə olunan silah və texnikalarının bir hissəsinin nümayişindən ibarət olacaq. Silah, texnika, vasitə və avadanlıqların bir hissəsi yeni əldə olunub və onlar əvvəlki paradlarda nümayiş etdirilməyib. Hesab edirəm ki, bu paradda Vətən müharibəsindən sonra əldə etdiyimiz və operativ təyinatlı “Akınçı” PUA-ları, JF-17 döyüş təyyarələri və yerli müdafiə sənayesinin istehsal etdiyi digər vasitələr ilk dəfə nümayiş etdiriləcək.  Azərbaycanın ərazi və sərhəd bütövlüyü tamamilə təmin olunub. Suverenliyimiz bərpa edilib. Bundan sonra isə ordu quruculuğu sahəsində yeni vəzifələrin təyin edilməsi də gözləniləndir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Oktyabr 2025 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baloqun qırmızı vərəqəsinin ləğvi barədə: “Bu, tamamilə unikal bir şey idi”

15 İyul 2026 07:14see337

Bakıda avtobusla toqquşan “Mercedes”in arxası “yoxa çıxdı” VİDEO

16 İyul 2026 15:32see223

“Sabah” 10 cu qalib

16 İyul 2026 00:18see205

Baş nazirdən Şuşa barədə YENİ QƏRAR

15 İyul 2026 23:06see199

Argentina yarımfinallarda uduzmur Altı oyunun hamısında final

16 İyul 2026 03:12see199

Cəmiyyətdə kişi anlayışı vizuallıqdan ibarət qalıb

15 İyul 2026 06:21see196

Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib

16 İyul 2026 06:56see186

Beş min dollar qazandı, Messi ilə görüşdü: in qarşılaşdığı qeyri adi azarkeş FOTO/VİDEO

15 İyul 2026 16:33see183

Normal vaginal axıntı necə olmalıdır? Qadınların diqqətinə!

15 İyul 2026 23:03see174

“İslamabad sazişi başa çatdı”

15 İyul 2026 07:00see173

İran yaralanan mülki şəxslərin sayını açıqladı

16 İyul 2026 02:02see171

Santorini əvəzinə Serifos, Kapri əvəzinə Proçida: Avropada kəşf edilməyi gözləyən 5 ada

16 İyul 2026 03:04see158

Gəmi kapitanı Səmədin nəşi tapıldı

16 İyul 2026 21:16see157

Brüsselə verilən siyasi mesaj: Avropa Bakıya möhtacdır

15 İyul 2026 19:04see155

İranda uşaq xəstəxanasının yaxınlığına raket atıldı

16 İyul 2026 03:11see154

Ərbakanın NATO sammiti ilə bağlı şərhi Ərdoğanı qəzəbləndirə bilər

16 İyul 2026 17:53see151

Anar Quliyev: Azərbaycanın 79 şəhərindən 68 i üçün baş planlar hazırlanıb

16 İyul 2026 09:17see148

ABŞ “yaşıl kartı” 100 min dollara SATACAQ

16 İyul 2026 11:20see147

Məleykə Abbaszadə bakalavrlar üçün tövsiyələr verib

17 İyul 2026 00:34see147

İngiltərə mundialda qol vurmaq üzrə rekorda imza atıb

16 İyul 2026 02:05see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri