Zelenski Ələkbərova məxsus zavodun vurulduğunu təsdiqlədi

21.08.2026

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Perm şəhərində yerləşən neft emalı zavoduna zərbə endirildiyini təsdiqləyib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu gecə Permdə partlayış səsləri eşidilib, “Lukoyl-Permnefteorqsintez” zavodunun yerləşdiyi ərazinin üzərində isə tüstü müşahidə olunub.

Zelenski bildirib ki, zərbə Ukrayna sərhədindən 1600 kilometrdən çox məsafədə yerləşən müəssisəyə endirilib.

“Biz müharibənin nəticələrini onun gəldiyi yerə qaytarmaq üçün uzaqmənzilli zərbələrimizi davam etdiririk”, - deyə Ukrayna Prezidenti qeyd edib.

Bundan başqa, Volqoqrad vilayətindəki Marinovka hərbi aerodromunun və Qara dənizdəki bir sıra hədəflərin də vurulduğu bildirilib.

Xatırladaq ki, “Lukoyl-Permnefteorqsintez” zavodu 75 yaşlı Azərbaycan əsilli rusiyalı iş adamı Vahid Ələkəbrova məxsusdur. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью