Zelenski Ələkbərova məxsus zavodun vurulduğunu təsdiqlədi
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Perm şəhərində yerləşən neft emalı zavoduna zərbə endirildiyini təsdiqləyib.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu gecə Permdə partlayış səsləri eşidilib, “Lukoyl-Permnefteorqsintez” zavodunun yerləşdiyi ərazinin üzərində isə tüstü müşahidə olunub.
Zelenski bildirib ki, zərbə Ukrayna sərhədindən 1600 kilometrdən çox məsafədə yerləşən müəssisəyə endirilib.
“Biz müharibənin nəticələrini onun gəldiyi yerə qaytarmaq üçün uzaqmənzilli zərbələrimizi davam etdiririk”, - deyə Ukrayna Prezidenti qeyd edib.
Bundan başqa, Volqoqrad vilayətindəki Marinovka hərbi aerodromunun və Qara dənizdəki bir sıra hədəflərin də vurulduğu bildirilib.
Xatırladaq ki, “Lukoyl-Permnefteorqsintez” zavodu 75 yaşlı Azərbaycan əsilli rusiyalı iş adamı Vahid Ələkəbrova məxsusdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 21 Avqust 2026 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















