Zelenski ilə görüş olmayacaq! Kreml qapıları bağladı Putin Tramp danışıqlarının təfərrüatı…
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp arasında baş tutan telefon danışığında iki ölkə arasında əməkdaşlığın bərpası və bir sıra beynəlxalq məsələlər müzakirə olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin nümayəndəsi, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə məlumat verib.
Uşakovun sözlərinə görə, liderlər Rusiya-Amerika münasibətlərinin müxtəlif sahələrdə bərpa olunmasının perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Hər iki prezident bu əməkdaşlığın böyük potensiala malik olduğunu vurğulayıb.
Danışıq zamanı ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı aparılan danışıqlarda Rusiyanın yardımının vacib olduğunu bildirib.
Uşakov qeyd edib ki, Tramp Rusiya tərəfinin iranlılarla müvafiq şəkildə işləməsini istədiyini və bu məsələdə Moskvanın dəstəyinə minnətdar olacağını söyləyib.
Bundan əlavə, Rusiya Prezidenti Vladimir Putin Trampa Ukraynanın birbaşa Rusiya-Ukrayna danışıqlarını pozmağa çalışdığını bildirib.
Tam oxu
Xəbəri oxu