Icma.az
close
up
RU
Zelenski ilə görüş olmayacaq! Kreml qapıları bağladı Putin Tramp danışıqlarının təfərrüatı

Zelenski ilə görüş olmayacaq! Kreml qapıları bağladı Putin Tramp danışıqlarının təfərrüatı

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp arasında baş tutan telefon danışığında iki ölkə arasında əməkdaşlığın bərpası və bir sıra beynəlxalq məsələlər müzakirə olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin nümayəndəsi, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə məlumat verib.

Uşakovun sözlərinə görə, liderlər Rusiya-Amerika münasibətlərinin müxtəlif sahələrdə bərpa olunmasının perspektivləri barədə fikir mübadiləsi aparıblar. Hər iki prezident bu əməkdaşlığın böyük potensiala malik olduğunu vurğulayıb.

Danışıq zamanı ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı aparılan danışıqlarda Rusiyanın yardımının vacib olduğunu bildirib. Uşakov qeyd edib ki, Tramp Rusiya tərəfinin iranlılarla müvafiq şəkildə işləməsini istədiyini və bu məsələdə Moskvanın dəstəyinə minnətdar olacağını söyləyib.

Bundan əlavə, Rusiya Prezidenti Vladimir Putin Trampa Ukraynanın birbaşa Rusiya-Ukrayna danışıqlarını pozmağa çalışdığını bildirib. Putin iyunun 2-də İstanbulda keçirilmiş ikinci raund danışıqlar zamanı Kiyev rejiminin dinc obyektlərə və mülki əhaliyə qəsdən hücumlar təşkil etdiyini deyib.

Putinlə Zelenski arasında mümkün görüş barədə suala cavab verən Uşakov belə bir görüşün heç vaxt real müstəvidə müzakirə olunmadığını bildirib. O, Rusiya tərəfinin yalnız nümayəndə heyətləri səviyyəsində danışıqlara razılıq verdiyini və bu formatın hələ də qüvvədə olduğunu vurğulayıb.

Uşakov əlavə edib ki, Putin Trampa Ukrayna tərəfindən Rusiya aerodromlarına təşkil olunan hücumlara cavab veriləcəyini qətiyyətlə bildirdiyini qeyd edib. Tramp isə bu barədə əvvəlcədən məlumatlandırılmadıqlarını deyib.

Telefon danışığı zamanı tərəflər Ukrayna məsələsi üzrə əlaqələri yüksək səviyyədə və müxtəlif kanallar vasitəsilə davam etdirmək barədə razılığa gəliblər. Bu, iki prezident arasında ilin əvvəlindən bəri keçirilən üçüncü telefon danışığı olub. Əvvəlki danışıqlar 12 fevral və 18 mart tarixlərində baş tutub.

Aysel Əliyeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 İyun 2025 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri