Zelenski Makronla GÖRÜŞDÜ

22.09.2026

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-yə səfəri çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşüb.

Redaktor.az xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında paylaşım edib.

O bildirib ki, görüş zamanı əsasən təhlükəsizlik məsələləri və Ukrayna üçün qış dəstək paketi müzakirə olunub.

Zelenskinin sözlərinə görə, Ukraynada SAMP/T hava hücumundan müdafiə sistemlərinin və onlar üçün raketlərin istehsalı imkanları, eləcə də tərəfdaş ölkələrlə birlikdə FREYJA anti-ballistik raket proqramı üzərində iş müzakirə edilib.

Ukrayna Prezidenti qeyd edib ki, bu sistemlər və onlar üçün sursatlar ilkin mərhələdə Avropa İttifaqının krediti hesabına əldə ediləcək.

Zelenski ilkin istehsal nəticələrinin bu il əldə olunacağına ümid etdiyini bildirib.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью