Zelenski Makronla GÖRÜŞDÜ
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-yə səfəri çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşüb.
Redaktor.az xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında paylaşım edib.
O bildirib ki, görüş zamanı əsasən təhlükəsizlik məsələləri və Ukrayna üçün qış dəstək paketi müzakirə olunub.
Zelenskinin sözlərinə görə, Ukraynada SAMP/T hava hücumundan müdafiə sistemlərinin və onlar üçün raketlərin istehsalı imkanları, eləcə də tərəfdaş ölkələrlə birlikdə FREYJA anti-ballistik raket proqramı üzərində iş müzakirə edilib.
Ukrayna Prezidenti qeyd edib ki, bu sistemlər və onlar üçün sursatlar ilkin mərhələdə Avropa İttifaqının krediti hesabına əldə ediləcək.
Zelenski ilkin istehsal nəticələrinin bu il əldə olunacağına ümid etdiyini bildirib.
Aytəkin TOFİQQIZI
Baxış sayı:48
Bu xəbər 22 Sentyabr 2026 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















