Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Vladimir Zelenski Ukraynada müharibə başa çatdıqda və Ukraynanın təhlükəsizliyi üçün müvafiq təminatlar olduqda prezident postunu tərk etməyə hazır olduğunu bildirib.Modern.az xəbər verir ki, Zelenski bunu Almaniyanın ARD telekanalındakı tok-şouda deyib.“Ukraynada sülh naminə hər şeyə hazıram.
Uzun və davamlı sülh üçün. Bir insan kimi, bir vətəndaş kimi, bir ata kimi. Mən heç nədən yapışmıram.
Mən Ukraynanın prezidentiyəm, çünki insanların 73 faizi mənə səs verib və bu gün mən Ukrayna prezidentiyəm, çünki ölkəmdəki əksəriyyət məni dəstəkləyir”, – o, sülh müqaviləsinin imzalanması tələbi “yalnız Zelenski olmadan” olarsa, vəzifəsini tərk etməyə hazır olub-olmayacağı ilə bağlı suala cavabında deyib.
Prezident qeyd edib ki, o, ölkəni müdafiə edən insanlar kimi Ukraynanın vətənpərvəridir. Və təbii ki, Rusiya ondan xilas olmaq istəyir.
Bəlkə də müharibənin əvvəlində cəhd etdikləri kimi fiziki yox, siyasi cəhətdən. “Və bu olduqca başa düşüləndir.
Mən Putin üçün çox əlverişsiz adamam”, - dövlət başçısı bildirib.
O xatırladıb ki, o, Parisdə Normandiya dördlüyünün sammitində (2019-cu ilin dekabrında) Putinlə çox gənc və təcrübəsiz vaxtında tanış olub.“Biz uzun müddət danışdıq, razılaşdıq və hətta qışqırdıq.