Icma.az
close
up
RU
Zelenski prezident postundan yalnız bu şərtlərlə gedəcək AÇIQLADI

Zelenski prezident postundan yalnız bu şərtlərlə gedəcək AÇIQLADI

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Vladimir Zelenski Ukraynada müharibə başa çatdıqda və Ukraynanın təhlükəsizliyi üçün müvafiq təminatlar olduqda prezident postunu tərk etməyə hazır olduğunu bildirib.
Modern.az xəbər verir ki, Zelenski bunu Almaniyanın ARD telekanalındakı tok-şouda deyib.
“Ukraynada sülh naminə hər şeyə hazıram. Uzun və davamlı sülh üçün. Bir insan kimi, bir vətəndaş kimi, bir ata kimi. Mən heç nədən yapışmıram. Mən Ukraynanın prezidentiyəm, çünki insanların 73 faizi mənə səs verib və bu gün mən Ukrayna prezidentiyəm, çünki ölkəmdəki əksəriyyət məni dəstəkləyir”, – o, sülh müqaviləsinin imzalanması tələbi “yalnız Zelenski olmadan” olarsa, vəzifəsini tərk etməyə hazır olub-olmayacağı ilə bağlı suala cavabında deyib.

Prezident qeyd edib ki, o, ölkəni müdafiə edən insanlar kimi Ukraynanın vətənpərvəridir. Və təbii ki, Rusiya ondan xilas olmaq istəyir. Bəlkə də müharibənin əvvəlində cəhd etdikləri kimi fiziki yox, siyasi cəhətdən.

“Və bu olduqca başa düşüləndir. Mən Putin üçün çox əlverişsiz adamam”, - dövlət başçısı bildirib.

O xatırladıb ki, o, Parisdə Normandiya dördlüyünün sammitində (2019-cu ilin dekabrında) Putinlə çox gənc və təcrübəsiz vaxtında tanış olub.
“Biz uzun müddət danışdıq, razılaşdıq və hətta qışqırdıq. Danışıqlar 6 saat fasiləsiz keçdi. Aydındır ki, bu gün daha çox təcrübəm var və... mənim üçün heç də asan deyil. Ona görə də aydındır ki, Rusiya məndən yaxa qurtarmaq istəyir”, - deyə Zelenski bildirib.

Eyni zamanda o qeyd edib: “Sabah Ukrayna Aİ və NATO-ya daxil olarsa, Rusiya qoşunları geri çəkilsə və bizim təhlükəsizlik zəmanətimiz olsa, prezidentlik postu mənə daha lazım olmayacaq. Amma bunlar baş verənə qədər mən ölkəmi müdafiə edəcəm”.

Zelenski avtoritar idarəçilik ittihamlarını rədd edib və deyib ki, o, “müharibə zamanı prezidentin etməli olduğu işi” edir. Dövlət başçısı özünü “ən liberal insanlardan biri” adlandırıb və ölkələrində müharibələr gedən zaman digər liderlərin atdığı addımları xatırladıb.
“Kiminsə xoşuna gəlsə də, istəməsə də, müharibə həmişə müəyyən azadlıqların məhdudlaşdırılmasını tələb edir”, - o deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:249
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Fevral 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see574

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see414

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see292

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see263

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see248

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see248

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see246

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see245

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see242

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see236

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see228

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see226

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see222

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see200

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see194

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see194

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see173

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri