Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Baş katibi Mark Rütte ilə Rusiya, İran və Koreya Xalq Demokratik Respublikasının (KXDR) "yaratdığı qlobal riskləri" müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin mətbuat xidməti məlumat yayıb.
"Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Baş katibi Mark Rütte ilə telefon danışığı aparıb", - mətbuat xidməti qeyd edib.
Bildirilib ki, Zelenski Ukraynanın sorğusu əsasında dünən keçirilmiş NATO-Ukrayna Şurasının növbədənkənar iclasının təşkilinə görə təşəkkür edib.
"İclasda Ukrayna tərəfi Rusiyanın Dneprə qarşı yeni ballistik raketdən istifadəsi barədə ətraflı məlumat təqdim edib", - məlumatda diqqətə çatdırılıb.
Zelenski Rusiyanın müharibəni genişləndirməsinə qarşı NATO-nun "qətiyyətli və vaxtında reaksiyasına" ümid etdiyini deyib: "Bu xüsusda dekabrın 3 və 4-də Brüsseldə xarici işlər nazirləri səviyyəsində Ukrayna - NATO Şurasının iclası keçiriləcək.
Ukrayna bu tip raketləri ələ keçirə bilən hava hücumundan müdafiə vasitələrinin verilməsinə dəstək gözləyir.