Icma.az
close
up
RU
Zelenski Rütte ilə Rusiya, İran və Şimali Koreyanın yaratdığı qlobal riskləri müzakirə edib Xəbər saytı Son xəbərlər və Hadisələr

Zelenski Rütte ilə Rusiya, İran və Şimali Koreyanın yaratdığı qlobal riskləri müzakirə edib Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Baş katibi Mark Rütte ilə Rusiya, İran və Koreya Xalq Demokratik Respublikasının (KXDR) "yaratdığı qlobal riskləri" müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin mətbuat xidməti məlumat yayıb.

"Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Baş katibi Mark Rütte ilə telefon danışığı aparıb", - mətbuat xidməti qeyd edib.

Bildirilib ki, Zelenski Ukraynanın sorğusu əsasında dünən keçirilmiş NATO-Ukrayna Şurasının növbədənkənar iclasının təşkilinə görə təşəkkür edib.

"İclasda Ukrayna tərəfi Rusiyanın Dneprə qarşı yeni ballistik raketdən istifadəsi barədə ətraflı məlumat təqdim edib", - məlumatda diqqətə çatdırılıb.

Zelenski Rusiyanın müharibəni genişləndirməsinə qarşı NATO-nun "qətiyyətli və vaxtında reaksiyasına" ümid etdiyini deyib: "Bu xüsusda dekabrın 3 və 4-də Brüsseldə xarici işlər nazirləri səviyyəsində Ukrayna - NATO Şurasının iclası keçiriləcək. Ukrayna bu tip raketləri ələ keçirə bilən hava hücumundan müdafiə vasitələrinin verilməsinə dəstək gözləyir. Ukrayna Alyans ölkələrinin silahlanmasında olan hava hücumundan müdafiə sistemlərinin siyahısını tərəfdaşlarına təqdim edib".

"Ukrayna üçün NATO-ya dəvət almaq və Alyans ölkələri ilə müdafiə əməkdaşlığını davam etdirmək vacibdir", - mətbuat xidməti dövlət başçısının sözlərini qeyd edib.

Məlumata görə, diqqət mərkəzində olan digər məsələlərdən biri də "uzaqmənzilli vasitələrin təchizatı və elan edilmiş yardım paketlərindən silahların təhvil verilməsinə olan kritik ehtiyac olub".

Bundan başqa, tərəflər Rusiya, İran və Şimali Koreya "ittifaqının yaratdığı qlobal risklər" ətrafında fikir mübadiləsi aparıblar. Bu xüsusda "Rusiyanın silah müqabilində öz müasir hərbi texnologiyalarını ötürməsi məsələsi" qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://baku.ws
archiveBu xəbər 27 Noyabr 2024 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see248

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see217

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see202

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see201

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see200

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see164

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see151

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see149

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see149

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see142

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see139

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see130

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see127

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see127

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see126

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see126

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri