Icma.az, Redaktor.az portalına istinadən məlumat verir. Ukrayna Prezidenti Volodimir Zelenski birinci xanım Olena Zelenska ilə birlikdə Türk
Qeyd edək ki, Ukrayna liderinin Ankaraya səfəri ərəfəsində ABŞ və Rusiya arasında münasibətlərdə yaxınlaşma müşahidə olunur.
ABŞ və Rusiya rəsmiləri bu gün Səudiyyə Ərəbistanında Ukrayna münaqişəsi ilə bağlı danışıqlar aparıb, lakin Kiyev bu danışıqlara dəvət olunmayıb.
Zelenskinin Türkiyəyə getməkdə məqsədi nədir? Mövzu ilə bağlı politoloq Asif Nərimanlı Redaktor.az-a bildirdi ki, Zelenskinin Türkiyə səfəri
Amerika Rusiya ilə anlaşaraq Ukraynaya anlaşmanı təqdim edəcəklər, belə diktə edəcəklər.
Proses bu yöndə inkişaf edir və bu kontekstdə Zelenski artıq bir növ alternativlər tapmağa çalışır. Bu alternativlərdən biri Avropadır.
Avropa prosesdən faktiki olaraq uzaq vəziyyətə düşüb. Amerika Avropanı bu prosesə yaxın qoymadı.
Bu halda Avropa Ukraynaya hərbi yardım məsələsini gündəmə gətirsə də, həm iqtisadi, həm siyasi baxımdan dəstək versə də, bu, danışıqlar prosesinə təsir edə biləcək vəziyyətdə deyil.