Icma.az
close
up
RU
Zelenski Türkiyəyə buna görə gedib AÇIQLAMA

Zelenski Türkiyəyə buna görə gedib AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Ukrayna Prezidenti Volodimir Zelenski birinci xanım Olena Zelenska ilə birlikdə Türkiyəyə rəsmi səfərə gedib.

Qeyd edək ki, Ukrayna liderinin Ankaraya səfəri ərəfəsində ABŞ və Rusiya arasında münasibətlərdə yaxınlaşma müşahidə olunur. ABŞ və Rusiya rəsmiləri bu gün Səudiyyə Ərəbistanında Ukrayna münaqişəsi ilə bağlı danışıqlar aparıb, lakin Kiyev bu danışıqlara dəvət olunmayıb.

Zelenskinin Türkiyəyə getməkdə məqsədi nədir?

Mövzu ilə bağlı politoloq Asif Nərimanlı Redaktor.az-a bildirdi ki, Zelenskinin Türkiyə səfəri Amerika və Rusiya arasında Ukrayna bağlı aparılan danışıqlardan qaynaqlanır: 

"Əslində Amerika Ukraynasız Rusiya ilə anlaşmaq istəyir. Amerika Rusiya ilə anlaşaraq Ukraynaya anlaşmanı təqdim edəcəklər, belə diktə edəcəklər. Proses bu yöndə inkişaf edir və bu kontekstdə Zelenski artıq bir növ alternativlər tapmağa çalışır. Bu alternativlərdən biri Avropadır. Avropa prosesdən faktiki olaraq uzaq vəziyyətə düşüb. Amerika Avropanı bu prosesə yaxın qoymadı. Bu halda Avropa Ukraynaya hərbi yardım məsələsini gündəmə gətirsə də, həm iqtisadi, həm siyasi baxımdan dəstək versə də, bu, danışıqlar prosesinə təsir edə biləcək vəziyyətdə deyil. Bu baxımdan Ukrayna da anlayır ki, gec-tez bu prosesdə, yəni Rusiya və Amerika danışıqlarında müharibənin başa çatdırılması ilə bağlı danışıqlarda iştirak etməlidir. Amma o istəmir ki, bu danışıqlar "Rusiya-Amerika razılaşsın" kimi diktə edilsin. Müəyyən qədər Ukrayna öz mövqeyini nəzərə alınmasını istəyir".

Politoloqun fikrincə, Ukraynanın danışıqlarda birbaşa təsir edə biləcək alternativlərə ehtiyacı var:

"Zelenskinin Türkiyə səfəri bununla bağlıdır. Çünki Türkiyə vaxtilə Rusiya Ukrayna arasındakı bu razılaşmalara və danışıqlara xüsusən ev sahibliyi edib. Hansı ki, bu, İstanbul razılaşması idi. Zelenski istəyir ki, Türkiyə bu prosesə müdaxilə etsin. Amerika-Rusiya danışıqlarına alternativ olaraq Türkiyə-Ukrayna-Rusiya danışıqlarının olmasını istəyir. Bu Ukraynanın mövqeyini gücləndirə biləcək hədəflərdən biri ola bilər. Digər hədəf isə mənim fikrimcə, Zelenski Amerika-Rusiya danışıqlarında Ukrayna iştirak edəcəksə, təkbaşına getmək istəmir və bu formatı daha da genişləndirmək niyyətindədir. Amerika və Rusiya ilə yanaşı, Türkiyənin də bu formatda tərəflərdən biri kimi çıxış etməsini istəyə bilər. Zelenskinin Birləşmiş Ərəb Əmirliyinə səfəri, ardınca Türkiyə səfəri də buna hesablanır", - deyə A.Nərimanlı qeyd etdi.

Türkan İSGƏNDƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Fevral 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see593

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see256

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see240

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see233

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see232

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see217

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see217

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see213

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see195

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see185

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see181

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see181

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see178

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see177

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see175

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see174

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see172

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see167

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see159

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri