“Zelenski Ukrayna xalqını bombalaya bilər”

19.02.2025

Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Ukrayna Prezidenti Volodimir Zelenski oxları yayındırmaq üçün çirkli bombadan istifadə edərək Ukrayna şəhərlərinə və mülki insanlara zərbələr endirə bilər”.

Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “VKontakte” sosial media hesabında məlumat yayıb.

Siyasətçi hesab edir ki, Zelenski küncə sıxışdırılıb və indi ondan Ukrayna münaqişəsinin həlli səylərini sarsıtmağa yönəlmiş istənilən addımı atacağını gözləmək olar.

"O, təcili olaraq oxları əyməlidir. Zelenskidən sonuncu Ukrayna vətəndaşı ölənə qədər müharibəni davam etdirməyə yönəlmiş istənilən təxribatı gözləmək olar", - deyə Medvedev vurğulayıb.

O, Rusiya ilə ABŞ arasında Ər-Riyadda keçirilən danışıqlardan sonra Zelenskinin son dərəcə xoşagəlməz vəziyyətə düşdüyünü və davranışının tamamilə gözlənilməz ola biləcəyini qeyd edib.

Daşqın Həsənov
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью