“Zelenski Ukrayna xalqını bombalaya bilər”
Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Ukrayna Prezidenti Volodimir Zelenski oxları yayındırmaq üçün çirkli bombadan istifadə edərək Ukrayna şəhərlərinə və mülki insanlara zərbələr endirə bilər”.
Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “VKontakte” sosial media hesabında məlumat yayıb.
Siyasətçi hesab edir ki, Zelenski küncə sıxışdırılıb və indi ondan Ukrayna münaqişəsinin həlli səylərini sarsıtmağa yönəlmiş istənilən addımı atacağını gözləmək olar.
"O, təcili olaraq oxları əyməlidir. Zelenskidən sonuncu Ukrayna vətəndaşı ölənə qədər müharibəni davam etdirməyə yönəlmiş istənilən təxribatı gözləmək olar", - deyə Medvedev vurğulayıb.
O, Rusiya ilə ABŞ arasında Ər-Riyadda keçirilən danışıqlardan sonra Zelenskinin son dərəcə xoşagəlməz vəziyyətə düşdüyünü və davranışının tamamilə gözlənilməz ola biləcəyini qeyd edib.
Daşqın Həsənov
Missiya.Az
Baxış sayı:125
Bu xəbər 19 Fevral 2025 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















