Zelenskidən yeni silahlarla bağlı AÇIQLAMA: Artıq ölkədədir

07.12.2024

Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna Danimarkadan F-16-ların ikinci partiyasını alıb.

Sfera.az bildirir ki, bu barədə Volodimir Zelenski “Telegram” kanalında məlumat verib.  “F-16-ların ikinci partiyası artıq ölkədədir”, deyə ölkə başçısı qeyd edib. 

O, həmçinin danimarkalılara minnətdarlığını bildirib.  Zelenski Kiyevin neçə təyyarə aldığını dəqiqləşdirməyib.

Xatırladaq ki, noyabr ayında Danimarkanın baş naziri Mette Frederiksen 6 F-16 qırıcısının Ukraynaya təhvil verildiyini və daha 13 təyyarənin tədarükünün planlaşdırıldığını bildirmişdi.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə daha əvvəl bəyan etmişdi ki, F-16 hərbi əməliyyatların gedişinə təsir edə bilməyəcək.  “Rusiya silahlı qüvvələri tərəfindən ardıcıl olaraq məhv ediləcək”, deyə o vurğulamışdı.

Günay 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью