Zelenskidən yeni silahlarla bağlı AÇIQLAMA: Artıq ölkədədir
Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukrayna Danimarkadan F-16-ların ikinci partiyasını alıb.
Sfera.az bildirir ki, bu barədə Volodimir Zelenski “Telegram” kanalında məlumat verib. “F-16-ların ikinci partiyası artıq ölkədədir”, deyə ölkə başçısı qeyd edib.
O, həmçinin danimarkalılara minnətdarlığını bildirib. Zelenski Kiyevin neçə təyyarə aldığını dəqiqləşdirməyib.
Xatırladaq ki, noyabr ayında Danimarkanın baş naziri Mette Frederiksen 6 F-16 qırıcısının Ukraynaya təhvil verildiyini və daha 13 təyyarənin tədarükünün planlaşdırıldığını bildirmişdi.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə daha əvvəl bəyan etmişdi ki, F-16 hərbi əməliyyatların gedişinə təsir edə bilməyəcək. “Rusiya silahlı qüvvələri tərəfindən ardıcıl olaraq məhv ediləcək”, deyə o vurğulamışdı.
Günay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 07 Dekabr 2024 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















