ZƏLZƏLƏ RİSKİ Azərbaycanın ən titrək bölgələri haradır? | Icma.az
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir. Hər il ölkədə hiss olunmayan, lakin rəsmi qurumlar tərəfindən qeydə alınan onlarla
Bu zəlzələlər bir çox hallarda ciddi təhlükə yaratmasa da, əhalinin zəlzələ ilə bağlı suallarını daima gündəmdə saxlayır.
Bəs görəsən, ölkəmizdə ən təhlükəli seysmik zonalar haradadır? Paytaxt Bakı üçün hansı maqnitudalı yeraltı təkanlar xarakterikdir?
Bu və digər suallarla bağlı Azərbaycanın tanınmış seysmoloqu Ənvər Əliyevə müraciət etdik.
O, BAKU.WS-ə açıqlamasında bildirdi ki, Azərbaycanda baş verən 3-4 ballıq titrəyişlər ildə bəzən minlərlə olur.
Əvvəlki dövrlərdə insanları təşvişə salmamaq üçün xəbəri verilməyib.
Mütəxəssis həmçinin söylədi ki, Azərbaycanın ən seysmik zonası, 9-10 ballıq zəlzələlər baş vermə ehtimalı olan yer Şəkidən bir neçə kilometr aralı, Ağsuçaya, Şamaxıya qədər uzanan və bir tərəfi də Qubaya qədər uzanan kobud üçbucaqfason ərazidir: "Həmin yer Ağsunun, Şamaxının, Şabranın və Şəkinin bir hissəsini əhatə edir.
Buralar 10 ballıq zonalar hesab edilir. 9 ballıq bölgələr isə Qazax, Zaqatala, Lənkəran və Naxçıvan ərazilərində yerləşir.
Tam oxu
Xəbəri oxu