Icma.az
close
up
RU
ZƏLZƏLƏ RİSKİ Azərbaycanın ən titrək bölgələri haradır?

ZƏLZƏLƏ RİSKİ Azərbaycanın ən titrək bölgələri haradır?

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Hər il ölkədə hiss olunmayan, lakin rəsmi qurumlar tərəfindən qeydə alınan onlarla kiçik yeraltı təkan baş verir. Bu zəlzələlər bir çox hallarda ciddi təhlükə yaratmasa da, əhalinin zəlzələ ilə bağlı suallarını daima gündəmdə saxlayır.  

Bəs görəsən, ölkəmizdə ən təhlükəli seysmik zonalar haradadır? Paytaxt Bakı üçün hansı maqnitudalı yeraltı təkanlar xarakterikdir?

Bu və digər suallarla bağlı Azərbaycanın tanınmış seysmoloqu Ənvər Əliyevə müraciət etdik. O, BAKU.WS-ə açıqlamasında bildirdi ki, Azərbaycanda baş verən 3-4 ballıq titrəyişlər ildə bəzən minlərlə olur. Əvvəlki dövrlərdə insanları təşvişə salmamaq üçün xəbəri verilməyib.

Mütəxəssis həmçinin söylədi ki, Azərbaycanın ən seysmik zonası, 9-10 ballıq zəlzələlər baş vermə ehtimalı olan yer Şəkidən bir neçə kilometr aralı, Ağsuçaya, Şamaxıya qədər uzanan və bir tərəfi də Qubaya qədər uzanan kobud üçbucaqfason ərazidir:

"Həmin yer Ağsunun, Şamaxının, Şabranın və Şəkinin bir hissəsini əhatə edir. Buralar 10 ballıq zonalar hesab edilir. 9 ballıq bölgələr isə Qazax, Zaqatala, Lənkəran və Naxçıvan ərazilərində yerləşir. Digər bir 9 ballıq ərazimiz isə Şah Dili adlanan ərazidən başlayır və Kür çayının deltasına qədər uzanır. Orada Xəzər dənizinin sularının altında, ləkə şəklində, böyük bir ərazidə 9 ballıq zona var. Bu ərazilər seysmik cəhətdən ən aktiv yerlərdir". 

Ənvər Əliyev onu da vurğuladı ki, ümumilikdə Bakı şəhəri seysmik cəhətdən çox da aktiv və güclü ərazilərdən deyil. Burada xəritədə maksimum 8 ballıq kimi göstərilir:

"Şimal rayonları 7 ballıq, cənub 7-8 ballıq ərazilərdir. Bir qədər Abşerondan uzaqlaşdıqda, şimaldan Şabran istiqamətində dənizə doğru, sahildən aralı Kür çayına qədər olan hissədə, dənizin içində seysmik cəhətdən aktiv, 8 ballıq hissələr mövcuddur". 

"Tarixən Bakı şəhəri güclü zəlzələlərdən uzaq olub. Bakıda ağır yeraltı təkanlar qeydə alınmayıb. Mənbələr və tarixi abidələr bundan xəbər verir. Lakin təəssüf ki Bakı üçün tək qorxulu məqam yer qabığında çat məsələsidir. Burada müəyyən qədər aktivlik hələ ki yoxdur. Abşeron yarımadasında təqribən 2-2.7 santimetr qalxmalar var.  Bu qalxmalar da yer qabığında çatların əmələ gəlməsi üçün səbəbdir. Çatlar təqribən Lökbatan istiqamətindədir. Lakin ümumi nəzər saldıqda Bakı seysmik cəhətdən aktiv zonada deyil. Abşeron yarımadasl, Sumqayıt, təxminən 7 ballıq zəlzələ zonasında yerləşir", - deyə ekspert son olaraq vurğulayıb.

Qeyd edək ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin son məlumatına görə, Azərbaycanda ilin əvvəlindən bu günədək (yanvarın 1-dən iyulun 1-dək - red) maqnitudası 3 və ondan yuxarı 49 zəlzələ qeydə alınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://baku.ws
archiveBu xəbər 09 İyul 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri