“Zəngəzur dəhlizi Çin, Rusiya və İrana qarşı layihədir” | Icma.az
Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Qərb dairələrinin yeni Qərb-Şərq kommunikasiya imkanları kimi yerləşdirməyə çalışdıqları Zəngəzur dəhlizi ilkin mərhələdə tərəflər üçün real iqtisadi əhəmiyyət daşımırdı.
Bu, Türkiyə və atlantikçilər üçün İran, Rusiya və Çinə qarşı müstəsna geosiyasi layihə idi”.
Tribunainfo.az xəbər verir ki, bu sözlərin müəllifi Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın müavini Armen Aşotyandır.
O iddia edib ki, ABŞ Türkiyənin Zəngəzur dəhlizi məsələsinə olan marağına qarşı çıxacaq.
“- “İndi Amerikanın yeni administrasiyası həm Rusiya ilə münasibətləri, həm də onun qlobal prioritetlərini dərindən nəzərdən keçirərkən, yeni logistik perspektivlərin yarandığı bir vaxtda Zəngəzur dəhlizi çox güman ki, Türkiyənin həyati maraqlarının gündəmində qalaraq, Amerika dəstəyindən məhrum olacaq.
Üstəlik, dəhliz açılmasa, Türkiyənin Azərbaycana dəstəyi xeyli azalacaq”. P.S. Aşotyanın belə fikrə gəlməsinin konkret səbəbi məlum deyil.
O, ümumi olaraq dünya düzənində baş verənləri (onlar da konkret deyil) əsas tutur ki, bu da səhv yanaşmadır.
Tam oxu
Xəbəri oxu