“Zəngəzur dəhlizi Çin, Rusiya və İrana qarşı layihədir”
Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Qərb dairələrinin yeni Qərb-Şərq kommunikasiya imkanları kimi yerləşdirməyə çalışdıqları Zəngəzur dəhlizi ilkin mərhələdə tərəflər üçün real iqtisadi əhəmiyyət daşımırdı. Bu, Türkiyə və atlantikçilər üçün İran, Rusiya və Çinə qarşı müstəsna geosiyasi layihə idi”. Tribunainfo.az xəbər verir ki, bu sözlərin müəllifi Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın müavini Armen Aşotyandır.
O iddia edib ki, ABŞ Türkiyənin Zəngəzur dəhlizi məsələsinə olan marağına qarşı çıxacaq. “- “İndi Amerikanın yeni administrasiyası həm Rusiya ilə münasibətləri, həm də onun qlobal prioritetlərini dərindən nəzərdən keçirərkən, yeni logistik perspektivlərin yarandığı bir vaxtda Zəngəzur dəhlizi çox güman ki, Türkiyənin həyati maraqlarının gündəmində qalaraq, Amerika dəstəyindən məhrum olacaq. Üstəlik, dəhliz açılmasa, Türkiyənin Azərbaycana dəstəyi xeyli azalacaq”.
P.S. Aşotyanın belə fikrə gəlməsinin konkret səbəbi məlum deyil. O, ümumi olaraq dünya düzənində baş verənləri (onlar da konkret deyil) əsas tutur ki, bu da səhv yanaşmadır. Əvvəla, Zəngəzur dəhlizinin açılmasını təkcə, Türkiyə və Azərbaycan istəmir. Bunu həm də Rusiya və Britaniya da istəyirlər. Zaman içində Aşotyan azca ağıllı olsaydı, bunu tam aydın görə bilərdi. Qaldı, Türkiyənin Azərbaycana dəstəyinin azalmasına, bu, ancaq ermənilərin ağlına gələn fikirdən başqa bir şey deyil. Ona görə ki, Azərbaycan və Türkiyəni bir birinə yaxınlaşdıran Zəngəzur dəhlizi deyil. Ondan daha qlobal məsələlərdir. Aşotyan Zəngəzur dəhlizi məsələsini əsas prioritet kimi göstərməklə, əslində, siyasi korafəhimliyə yol verib. Eyni zamanda, Ermənistanı “çox böyük”, “əhəmiyyətli” göstərməyə çalışıb. Hərçənd Azərbaycan dəfələrlə bəyan edib ki, Zəngəzur dəhlizi Bakının əsas prioriteti deyil və Naxçıvanla gediş-gəlişi asanlaşdırmaq üçün laternativ dəhlizlər məsələsini də həll edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 19 Fevral 2025 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















