Zəngəzur dəhlizi geo iqtisadi strategiyadır | Icma.az
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müasir beynəlxalq münasibətlərdə iqtisadi marşrutlar - enerji, logistika və ticarət dəhlizləri regional təhlükəsizlik və sabitliyin təminatçısı kimi səciyyələnir.
Bu baxımdan, Zəngəzur dəhlizi Cənubi Qafqazın gələcək inkişafı üçün strateji əhəmiyyət kəsb edən mühüm layihədir.
Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda qeyd etdiyi kimi: “Zəngəzur dəhlizi artıq region üçün yeni bir nəqliyyat xətti olmaqdan çox, böyük bir geoiqtisadi və geosiyasi layihəyə çevrilir.” Dəhliz Azərbaycanın logistik mərkəz kimi mövqeyini möhkəmləndirir və Şərq−Qərb ticarət axınında əsas halqa kimi mühüm önəm daşıyır.
Eyni zamanda, layihə Azərbaycan−Türkiyə−Mərkəzi Asiya iqtisadi əlaqələrini fiziki müstəvidə birləşdirir.
Nəticə etibarilə, Zəngəzur dəhlizi Azərbaycanın geosiyasi düşüncəsinin iqtisadi strategiyaya çevrilmiş bir nümunəsi kimi çıxış edir və regionda ortaq rifaha, davamlı sabitliyə və dərin iqtisadi inteqrasiyaya əsaslanan yeni dövrün başlanğıc nöqtəsini təşkil edir.
Prezident İlham Əliyev Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən iclasda çıxışı zamanı xüsusi vurğuladığı kimi: “Yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal–Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli əməkdaşlığı möhkəmləndirəcək.
Bu dəhliz həmçinin Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza da fayda gətirəcək.” Ölkə başçısının səsləndirdiyi bu fikirlər Zəngəzur dəhlizinin yalnız milli prioritet deyil, həm də regional stabillik və iqtisadi inteqrasiyanın mühüm faktoruna çevrildiyini göstərir.
Tam oxu
Xəbəri oxu