Icma.az
close
up
RU
Zəngəzur dəhlizi geo iqtisadi strategiyadır

Zəngəzur dəhlizi geo iqtisadi strategiyadır

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müasir beynəlxalq münasibətlərdə iqtisadi marşrutlar - enerji, logistika və ticarət dəhlizləri regional təhlükəsizlik və sabitliyin təminatçısı kimi səciyyələnir. Bu baxımdan, Zəngəzur dəhlizi Cənubi Qafqazın gələcək inkişafı üçün strateji əhəmiyyət kəsb edən mühüm layihədir. Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda qeyd etdiyi kimi: “Zəngəzur dəhlizi artıq region üçün yeni bir nəqliyyat xətti olmaqdan çox, böyük bir geoiqtisadi və geosiyasi layihəyə çevrilir.”

Dəhliz Azərbaycanın logistik mərkəz kimi mövqeyini möhkəmləndirir və Şərq−Qərb ticarət axınında əsas halqa kimi mühüm önəm daşıyır. Eyni zamanda, layihə Azərbaycan−Türkiyə−Mərkəzi Asiya iqtisadi əlaqələrini fiziki müstəvidə birləşdirir.

Nəticə etibarilə, Zəngəzur dəhlizi Azərbaycanın geosiyasi düşüncəsinin iqtisadi strategiyaya çevrilmiş bir nümunəsi kimi çıxış edir və regionda ortaq rifaha, davamlı sabitliyə və dərin iqtisadi inteqrasiyaya əsaslanan yeni dövrün başlanğıc nöqtəsini təşkil edir.

Prezident İlham Əliyev Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən iclasda çıxışı zamanı xüsusi vurğuladığı kimi: “Yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal–Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli əməkdaşlığı möhkəmləndirəcək. Bu dəhliz həmçinin Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza da fayda gətirəcək.”

Ölkə başçısının səsləndirdiyi bu fikirlər Zəngəzur dəhlizinin yalnız milli prioritet deyil, həm də regional stabillik və iqtisadi inteqrasiyanın mühüm faktoruna çevrildiyini göstərir. Layihə Cənubi Qafqazı həm tranzit-logistika mərkəzinə çevirir, həm də böyük güclərin maraqlarını bir araya gətirərək bölgədə sülh və təhlükəsizliyi təmin edir.

Dəhliz həm də türk dünyasının quru yolları vasitəsilə birləşməsinə şərait yaradır, türk dövlətləri arasında inteqrasiya proseslərini sürətləndirir və vahid türk geo-siyasi, iqtisadi və mədəni məkanın formalaşmasına zəmin yaradır. Eyni zamanda, dəhliz qədim İpək yolunun bərpası anlamına gəlir. Bu, Qərb ilə Şərq arasında iqtisadi-ticarət əlaqələrinin canlanmasına və Azərbaycanın Yeni İpək yolu üzərində nəqliyyat-tranzit proseslərinə fəal qoşulmasına imkan verir. Beləliklə, Zəngəzur dəhlizi milli, regional və beynəlxalq səviyyədə bütün dünyanın maraqlarına cavab verir və Azərbaycanın uzaqgörən siyasətinin nəticəsi kimi qiymətləndirilir.

2020-ci ilin noyabrında imzalanmış üçtərəfli Bəyanat çərçivəsində Ermənistan regiondakı bütün kommunikasiya xətlərinin açılmasına razılıq verdi. Praktiki addımlar isə xeyli gecikdi. 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən üçtərəfli görüş Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin təmin olunmasını təmin edən sənədin imzalanması ilə nəticələndi.

Bu razılaşmalar yalnız logistik perspektivlə deyil, həm də Azərbaycanın strateji tərəfdaşlıq və liderlik mövqeyinin möhkəmlənməsi baxımından böyük əhəmiyyət kəsb edir. Regionda iqtisadi inteqrasiyanın, ticarət əlaqələrinin və geosiyasi sabitliyin gücləndirilməsini hədəfləyən Zəngəzur dəhlizi həm də innovativ və ekoloji dayanıqlı nəqliyyat konsepsiyasının nümunəsidir. İqlim dəyişiklikləri və karbon neytrallığı ilə bağlı beynəlxalq öhdəliklər çərçivəsində dəhlizdə ekoloji təmiz nəqliyyat vasitələri, bərpa olunan enerji inteqrasiyası və rəqəmsallaşma prioritet istiqamətlər kimi müəyyən edilmişdir.

Bu yanaşma tranzit əməliyyatlarının sürətini və şəffaflığını artırmaqla bərabər, regionda “yaşıl iqtisadiyyat” prinsiplərinin tətbiqinə dəstək verir və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə üst-üstə düşür.

Prezident İlham Əliyevin strateji baxışına görə, Zəngəzur dəhlizi geoiqtisadi yanaşma çərçivəsində regionda post-münaqişə əməkdaşlıq formatını təşviq edir. Dəhliz boyunca iqtisadi qarşılıqlı asılılıq sabitlik modelini yaradır və Azərbaycan–Türkiyə tandeminin Mərkəzi Asiya və Avropaya çıxışını təmin edir.

Bu yanaşma “Post-konflikt regional inteqrasiya modeli” kimi qlobal geoiqtisadi nəzəriyyələrdə tanınır: münaqişədən sonra iqtisadi inteqrasiya və qarşılıqlı asılılıq sabitliyin effektiv təminat mexanizmidir. Bu marşrut yalnız Azərbaycanın iqtisadi strategiyasının deyil, həm də Cənubi Qafqazın gələcək inkişafının mühüm elementi kimi çıxış edir.

Zəngəzur dəhlizi Prezident İlham Əliyevin siyasi iradəsinin iqtisadi nəticəyə çevrilməsinin bariz nümunəsidir. Layihə regionda dayanıqlı iqtisadi əlaqələr, investisiya sinerjisi və sabitlik üçün yeni doktrina formalaşdırır və beynəlxalq əməkdaşlıq platforması rolunu oynayır. Bu yol sadəcə fiziki nəqliyyat xətti deyil, həm də iqtisadi dəyərlərin, etibarın və sabitliyin özülüdür.

 

Cavanşir Feyziyev, Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Sentyabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see700

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see334

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see331

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see304

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see292

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see291

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see288

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see271

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see263

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see253

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see247

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see226

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see222

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see209

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see207

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see205

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see201

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri