Zəngəzur dəhlizi istiqamətində nəqliyyat qovşaqları tikiləcək | Icma.az
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Zəngəzur dəhlizi istiqamətində nəqliyyat qovşaqlarının tikilməsi üçün müəyyən konsepsiyalar hazırlanır.
Avtosfer.az bildirir ki, bunu “Trend”ə müsahibəsində Naxçıvan Muxtar Respublikasınının rəqəmsal inkişaf və nəqliyyat nazirinin səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Rahid Ələkbərov deyib.
“Zəngəzur dəhlizi ilə bağlı dövlətimiz tərəfindən aparılan siyasət var. Bu istiqamətdə bir çox konsepsiyalar hazırlanıb.
Bu konsepsiyalar çərçivəsində Zəngəzur dəhlizi boyunca tranzit infrastrukturunun, potensialının inkişaf etdirilməsi, qurulması, genişləndirilməsi üçün transformasiyaya ehtiyac var.
Biz əvvəlki şəraiti saxlaya bilmərik. Çünki Zəngəzur dəhlizi açılanda daha çox yük daşınacaq.
Bu istiqamətdə dəhlizin hər iki tərəfində nəqliyyat qovşaqlarının tikilməsi istiqamətində müəyyən konsepsiyalar hazırlanır.
Naxçıvan üzərindən yüklərin daşınması, daşımaçılıq istiqamətində olan xidmətlər, sürücülər üçün yollarda şəraitin yaxşılaşdırılması elə aparılmalıdır ki, əhalinin rahatlığı pozulmadan tranzit infrastrukturu qurulsun.
Tam oxu
Xəbəri oxu