Zəngəzur dəhlizi istiqamətində nəqliyyat qovşaqları tikiləcək
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Zəngəzur dəhlizi istiqamətində nəqliyyat qovşaqlarının tikilməsi üçün müəyyən konsepsiyalar hazırlanır.
Avtosfer.az bildirir ki, bunu “Trend”ə müsahibəsində Naxçıvan Muxtar Respublikasınının rəqəmsal inkişaf və nəqliyyat nazirinin səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Rahid Ələkbərov deyib.
“Zəngəzur dəhlizi ilə bağlı dövlətimiz tərəfindən aparılan siyasət var. Bu istiqamətdə bir çox konsepsiyalar hazırlanıb. Bu konsepsiyalar çərçivəsində Zəngəzur dəhlizi boyunca tranzit infrastrukturunun, potensialının inkişaf etdirilməsi, qurulması, genişləndirilməsi üçün transformasiyaya ehtiyac var. Biz əvvəlki şəraiti saxlaya bilmərik. Çünki Zəngəzur dəhlizi açılanda daha çox yük daşınacaq. Bu istiqamətdə dəhlizin hər iki tərəfində nəqliyyat qovşaqlarının tikilməsi istiqamətində müəyyən konsepsiyalar hazırlanır.
Naxçıvan üzərindən yüklərin daşınması, daşımaçılıq istiqamətində olan xidmətlər, sürücülər üçün yollarda şəraitin yaxşılaşdırılması elə aparılmalıdır ki, əhalinin rahatlığı pozulmadan tranzit infrastrukturu qurulsun.
Naxçıvanda kənd təsərrüfatı və sənaye üçün yararsız olan torpaqlardan keçərək tranzit infrastrukturunun qurulması nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi elədir ki, qonşu ölkələrdən girişlər və çıxışlar var. Bu yerlərdə logistika xidmətlərinin göstərilməsi üçün infrastrukturun qurulması istiqamətində konsepsiyalar gündəmdə ola bilər”, – deyə o qeyd edib.
Baxış sayı:67
Bu xəbər 29 Noyabr 2024 19:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















