Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İspaniyanın “Periodista Digital” nəşri Zəngəzur dəhlizi ilə bağlı sensasion iddia ilə çıxış edib.
Nəşrin yazdığına görə, Ermənistan hökuməti ABŞ ilə birlikdə gizli memorandum imzalayıb.
Modern.az xəbər verir ki, sənədə əsasən, Zəngəzur bölgəsindən keçən və Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən 42 kilometrlik yeni nəqliyyat dəhlizi yaradılacaq.
Dəhlizin adının “Tramp körpüsü” olacağı iddia edilir. Məlumata görə, layihənin idarəçiliyi amerikalı özəl şirkətə həvalə olunacaq.
Ermənistan isə dəhlizdən əldə ediləcək gəlirin cəmi 30 faizini alacaq.
Nəşr yazır ki, bu memorandum artıq ölkələr tərəfindən təsdiqlənib və sənədin məzmunu erməni diasporasında yayılıb.
Ən diqqətçəkən məqamlardan biri də ABŞ-a məxsus hərbi kontingentin Ermənistan ərazisinə yerləşdirilməsi ilə bağlıdır.