Icma.az
close
up
RU
Zəngəzur dəhlizi “Tramp körpüsü” adlandırılacaq? SENSASİON İDDİA

Zəngəzur dəhlizi “Tramp körpüsü” adlandırılacaq? SENSASİON İDDİA

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İspaniyanın “Periodista Digital” nəşri Zəngəzur dəhlizi ilə bağlı sensasion iddia ilə çıxış edib. Nəşrin yazdığına görə, Ermənistan hökuməti ABŞ ilə birlikdə gizli memorandum imzalayıb.

Modern.az xəbər verir ki, sənədə əsasən, Zəngəzur bölgəsindən keçən və Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən 42 kilometrlik yeni nəqliyyat dəhlizi yaradılacaq.

Dəhlizin adının “Tramp körpüsü” olacağı iddia edilir.

Məlumata görə, layihənin idarəçiliyi amerikalı özəl şirkətə həvalə olunacaq. Ermənistan isə dəhlizdən əldə ediləcək gəlirin cəmi 30 faizini alacaq.

Nəşr yazır ki, bu memorandum artıq ölkələr tərəfindən təsdiqlənib və sənədin məzmunu erməni diasporasında yayılıb.

Ən diqqətçəkən məqamlardan biri də ABŞ-a məxsus hərbi kontingentin Ermənistan ərazisinə yerləşdirilməsi ilə bağlıdır. Lakin söhbət rəsmi ABŞ ordusundan deyil, təxminən 1000 nəfərlik özəl hərbi şirkətin əməkdaşlarından gedir. Onların güc tətbiq etmək səlahiyyəti olacağı bildirilir.

Nəşrin iddiasına görə, bu addım Ermənistanın Fransa və Avropa İttifaqı ilə əlaqələrini də zəiflədə bilər. “Tramp Körpüsü” layihəsi fonunda rəsmi İrəvanın Vaşinqtonun təsiri altına düşəcəyi və faktiki olaraq “ABŞ xüsusi təyinatlıları tərəfindən işğal olunmuş ölkəyə” çevriləcəyi vurğulanır.

“Periodista Digital” qeyd edir ki, bu layihə İran üçün də ciddi narahatlıq doğura bilər. Çünki dəhlizin reallaşması ABŞ-ı birbaşa İran sərhədlərinə yaxınlaşdıracaq və bu, regionda gərginliyi daha da artıracaq.

Hazırda bu iddialarla bağlı nə Ermənistan, nə də ABŞ rəsmiləri tərəfindən rəsmi açıqlama verilməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 İyul 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri