Zəngəzur dəhlizinə təhdid yaradanlar bu hərəkətlərindən çəkinəcəklər Deputat

09.09.2025

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vaşinqton razılaşması ABŞ-la Azərbaycan arasında iki tərəfli əlaqələrin keyfiyyət baxımından yeni mərhələyə qədəm qoymasına gətirib çıxaracaq.
Ölkə. Az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov deyib.
Onun sözlərinə görə, ikitərəfli əlaqələr Azərbaycan iqtisadiyyatın inkişafına və  beynəlxalq iqtisadiyyatın intqerasiyasına gətirib çıxaracaq.
Zəngəzur dəhlizinin təhlükəsizliyi məsələsinə toxunan  deputat bildirib ki, burada əsas məsələ beynəlxalq təhlükəsizliyin təminat məsələsi idi və cənab Prezident yürütdüyü siyasət nəticəsində buna nail ola bildi: “İndiyədək bu məsələdə müəyyən problemlər var idi, amma indi o təhdidlər aradan qalxıb.  Bundan sonra həmin güclər bu fikirlərindən və hərəkətlərindən çəkinməli olacaqlar”, - Əli Əhmədov qeyd edib.
Deputat əlavə edib ki, cənab Prezidentin Zəngəzur layihəsi uğurla həyata keçəcək vəgələcək də bu dəhliz cənab İlham Əliyevin adını daşıyacaq.
Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью