Zəngəzur dəhlizinə təhdid yaradanlar bu hərəkətlərindən çəkinəcəklər Deputat
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Vaşinqton razılaşması ABŞ-la Azərbaycan arasında iki tərəfli əlaqələrin keyfiyyət baxımından yeni mərhələyə qədəm qoymasına gətirib çıxaracaq.
Ölkə. Az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov deyib.
Onun sözlərinə görə, ikitərəfli əlaqələr Azərbaycan iqtisadiyyatın inkişafına və beynəlxalq iqtisadiyyatın intqerasiyasına gətirib çıxaracaq.
Zəngəzur dəhlizinin təhlükəsizliyi məsələsinə toxunan deputat bildirib ki, burada əsas məsələ beynəlxalq təhlükəsizliyin təminat məsələsi idi və cənab Prezident yürütdüyü siyasət nəticəsində buna nail ola bildi: “İndiyədək bu məsələdə müəyyən problemlər var idi, amma indi o təhdidlər aradan qalxıb. Bundan sonra həmin güclər bu fikirlərindən və hərəkətlərindən çəkinməli olacaqlar”, - Əli Əhmədov qeyd edib.
Deputat əlavə edib ki, cənab Prezidentin Zəngəzur layihəsi uğurla həyata keçəcək vəgələcək də bu dəhliz cənab İlham Əliyevin adını daşıyacaq.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 09 Sentyabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















