Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişinin məzmunu ciddi müzakirələrə səbəb olub.
Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin rəsmən başladıldığını elan etməsindən qısa zaman sonra ABŞ-la saziş imzalaması fərqli istiqamətlərdə dəyərləndirilir.
Bir çox erməni ekspert bu sənədin elə də əhəmiyyətli olmadığını bildirir və icrasının yeni seçilmiş prezident Donald Trampdan asılı olacağını deyir.
Ermənistanın “təhlükəsizlik” gözləntisi ilə imzaladığı saziş Azərbaycana qarşı razılaşmadır?
Tramp İrəvan üçün xüsusi əhəmiyyət kəs edən sazişin icrasını hansı çərçivədə yerinə yetirə bilər?
Globalinfo.az-a danışan politoloq Zaur Məmmədov deyib ki, Azərbaycan üçün bu sazişin hərbi elementləri daha çox maraq kəsb edir: “Saziş Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına birbaşa zərbədir.
Əgər Vaşinqton doğrudan da Qafqazda sülhü hədəfləsəydi, Bakı və İrəvan arasında sənədin imzalanmasını gözləyər, daha sonra haylarla istədiyini edərdi.