Icma.az
close
up
RU
Zəngəzurla bağlı 100 illik plan aktivləşdi Birbaşa hərbi müdaxilə?

Zəngəzurla bağlı 100 illik plan aktivləşdi Birbaşa hərbi müdaxilə?

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişinin məzmunu ciddi müzakirələrə səbəb olub.

Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin rəsmən başladıldığını elan etməsindən qısa zaman sonra ABŞ-la saziş imzalaması fərqli istiqamətlərdə dəyərləndirilir. Bir çox erməni ekspert bu sənədin elə də əhəmiyyətli olmadığını bildirir və icrasının yeni seçilmiş prezident Donald Trampdan asılı olacağını deyir.

Ermənistanın “təhlükəsizlik” gözləntisi ilə imzaladığı saziş Azərbaycana qarşı razılaşmadır? Tramp İrəvan üçün xüsusi əhəmiyyət kəs edən sazişin icrasını hansı çərçivədə yerinə yetirə bilər?

Globalinfo.az-a danışan politoloq Zaur Məmmədov deyib ki, Azərbaycan üçün bu sazişin hərbi elementləri daha çox maraq kəsb edir:

“Saziş Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına birbaşa zərbədir. Əgər Vaşinqton doğrudan da Qafqazda sülhü hədəfləsəydi, Bakı və İrəvan arasında sənədin imzalanmasını gözləyər, daha sonra haylarla istədiyini edərdi.

Yeri gəlmişkən, Prezident Co Bayden administrasiyası ötən ilin sonuna qədər yarımçıq sülh müqaviləsinin imzalanmasına çalışırdı.

Ümumilikdə, bu saziş ABŞ və Ermənistan dialoqu nəticəsində iki dövlətin siyasi elitaları arasında son illərdə əldə edilən razılıqların davamı mahiyyəti daşıyır. Ermənistan Silahlı Qüvvələri üçün hərbi təlimlərin təşkili və hərbi-texniki imkanlarının artırılmasına yardım da Vaşinqtonun üzərinə götürdüyü funksiyalardan biridir. Həmçinin Ermənistanda güc strukturlarına amerikalı mütəxəssislər tərəfindən təlimlərin keçirilməsi də diqqətçəkəndir”.

Politoloq bildirib ki, belə tərəfdaşlıq vasitəsilə hərbi və iqtisadi islahatlarda ABŞ-dan maliyyə yardımının alınması nəzərdə tutulur:

“Bu, mümkün hər hansı münaqişəyə ABŞ ordusunun birbaşa müdaxiləsi mənasına gəlmir. Lakin Ermənistanın dünyanın iqtisadi, siyasi və hərbi imkanlarına görə nəhəng dövləti ABŞ ilə strateji tərəfdaşlıq haqqında sənədi imzalamasının siyasi-mənəvi statusu əhəmiyyətlidir.

1919-cu ildə ABŞ üçün xüsusi maraq kəsb etməyə başlayan Qərbi Zəngəzur torpaqlarının təhlükəsizliyinin qorunması, oradakı kommunikasiya-nəqliyyat xətlərinin gələcək aqibəti Vaşinqtonun birbaşa çətiri altına keçə bilər.


Zaur Məmmədov

Ümumiyyətlə, Ermənistanın sərhədlərdə ABŞ və NATO hərbçilərinin yerləşdirilməsi, kibertəhlükəsizlik, sputnik və kəşfiyyat texnologiyaları ilə haylara yardım və s. kimi hallar Türkiyə və Azərbaycan da daxil olmaqla bütün region dövlətləri üçün təhdiddir.

İrəvan arxasında Qərbin monitorinq missiyasının olması və ABŞ ilə məlum sazişin imzalanmasından istifdə edərək şərti sərhədlərdə təxribat törədib Azərbaycandan revanş almaq üçün hərəkətə keçə bilər”.

Z.Məmmədovun sözlərinə görə, ehtimal müharibədə Ermənistana hərbi-texniki dəstək və maliyyə yardımının edilməsi mümkündür:

“ABŞ Tramp dövründə olmasa belə, gələcəkdə erməni diasporunun təsiri və öz milli maraqlarını əsas gətirərək Cənubi Qafqazda Ermənistanın genişləndirilməsi üçün bütün variantlara əl ata bilər. Bunların baş verməməsi üçün İrəvan başını qaldırmamış dərsini almalıdır.

Hər bir halda, baş verənlər bütün region üçün risk və imkanlar yaradır. İndiki birinci dərəcəli məsələ risklərin bizim üçün yeni imkanlara çevrilməsi istiqamətində həll yolu tapmaqdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 Yanvar 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see311

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see308

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see285

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see248

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see244

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see242

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see237

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see235

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see233

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see222

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see207

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see203

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see201

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see197

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri