Zəngəzurla bağlı daha bir maneə aradan qalxdı İran oyundan kənarda qaldı | Icma.az
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.
Moderator.az onunla müsahibəni təqdim edir: - ABŞ-nin yeni adminstrasiyasının digər istiqamətlərlə yanaşı, Cənubi Qafqazla bağlı əsas strateji planında hansı xətti izləmək mümkün olacaq?
- ABŞ-nin yeni Prezidenti Donald Trampın elan etdiyi tezis Azərbaycanı qane edir.
Bu da ondan ibarətdir ki, Amerikanın maraqlarına uyğun addımlar atılacaq.
Yəni hansısa etnik qrupun maraqlarına uyğun siyasət həyata keçirilməyəcək. Bu, bölgə üçün müsbət mesajları ehtiva edir.
Çünki ABŞ-nin sabiq prezidenti Cozef Baydenin dönəmində Cənubi Qafqazda həyata keçirilən siyasət birbaşa erməni lobbisinin təsiri altında formalaşırdı.
Ona görə də yeni Ağ Ev adminstrasiyasının verdiyi bəyanatlar fonunda bölgə ilə bağlı nikbin olmağa əsaslar var.
Tam oxu
Xəbəri oxu