Icma.az
close
up
RU
Zəngəzurla bağlı daha bir maneə aradan qalxdı İran oyundan kənarda qaldı

Zəngəzurla bağlı daha bir maneə aradan qalxdı İran oyundan kənarda qaldı

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Moderator.az onunla müsahibəni təqdim edir:

- ABŞ-nin yeni adminstrasiyasının digər istiqamətlərlə yanaşı, Cənubi Qafqazla bağlı əsas strateji planında hansı xətti izləmək mümkün olacaq?

- ABŞ-nin yeni Prezidenti Donald Trampın elan etdiyi tezis Azərbaycanı qane edir. Bu da ondan ibarətdir ki, Amerikanın maraqlarına uyğun addımlar atılacaq. Yəni hansısa etnik qrupun maraqlarına uyğun siyasət həyata keçirilməyəcək. Bu, bölgə üçün müsbət mesajları ehtiva edir. Çünki ABŞ-nin sabiq prezidenti Cozef Baydenin dönəmində Cənubi Qafqazda həyata keçirilən siyasət birbaşa erməni lobbisinin təsiri altında formalaşırdı. Ona görə də yeni Ağ Ev adminstrasiyasının verdiyi bəyanatlar fonunda bölgə ilə bağlı nikbin olmağa əsaslar var. Eyni zamanda Trampın gündəliyində daxili və xarici siyasətlə bağlı istiqamətlərdə Cənubi Qafqaz bölgəsi ilə bağlı hansısa fikirlər səslənməyib.

- Ağ Ev adminstrasiyasının İranla bağlı mövqeyi birmənalıdır. Vaşinqton Tehran üzərində təzyiq fonunda İranın regional siyasətinə necə təsir edə bilər?

- ABŞ-nin əsas gündəliyində olan məsələ Rusiya-Ukrayna müharibəsidir. Eyni zamanda Avropada baş verənlər, miqrantlar mövzusu gündəlikdə olacaq. Sözsüz ki, İran da bu siyahıda var. Hazırkı ABŞ siyasi elitasının İsraillə bağlılığı çoxdur. Bu mənada, hansısa mərhələdə Amerikanın İrana daha çox diqqət ayırması qaçılmazdır. Hazırda İsraillə-HAMAS arasında atəşkəs əldə edilib. Bunun nəticəsində girov götürülmüş İsrail vətəndaşlarını geri qaytarmaq mümkün olur. Bununla bağlı digər şərtlər də mövcuddur. HAMAS ilə deyil, burada digər qüvvələrlə də razılaşamalar var. Bu münaqişənin əsas mövzusu İsrail-İran mövzusudur. Açıq şəkildə bu maharibə gedirdi. Tərəflər bir-birinə zərbələr endirirdi. İsrail artıq bu mənada İranın müqavimət cəbhəsini darmadağın edib. HAMAS, "Hizbullah", Suriyadakı rejim aradan qaldırıldı və İranın bu ölkədəki proksi qüvvələri sıradan çıxarıldı. İsrailin sərhədləri boyunca təhlükələr yox oldu. Məhz bunun fonunda İrandakı bütün müdafiə sistemləri, raket və hava hücumundan qorunmaq üçün vasitələr sıradan çıxarılıb. İndi demək olar ki, İranın hava məkanı İsrail qırıcıları üçün açıqdır. İsrailli mütəxəssislər deyir ki, İranda 20-yə yaxın obyektdə nüvə silahının istehsalı ilə bağlı təhlükə var. Həmin obyektlərin sıradan çıxarılması üçün onlar ABŞ-nin dəstəyini gözləyirlər.

-Tehran ətrafında baş verən bu təhdidlər fonunda İranın Zəngəzur dəhlizinin açılmasına müqavimət göstərmək imkanı varmı?

- İndi İranın problemləri çoxdur. Zəngəzur dəhlizi bu problemlər arasında mövcud deyil. Hazırkı dövrdə SEPAH ətrafında olan bəzi internet resurslarının yaydığı informasiyalar daha çox təbliğat xarakteri daşıyır. Bu gün onlara qarşı tənqidlər var. İllərlə formalaşdırdıqları proksi müqavimət cəbhəsi darmadağın edilib. Eyni zamanda İran daxilində təhlükəsizliyin təmin olunması da sual altındadır. Ona görə də SEPAH özünü ön plana çəkəcək bir səviyyədə deyil. İran ordusu SEPAH-a qarşı mübarizədə daha üstün mövqedədir. Faktiki olaraq bu gün İran daxilində gərgin bir durum mövcuddur. Ona görə də Zəngəzur dəhlizinin açılması məsələsi İran üçün əsas problemlərdən biri hesab edilmir. İran çalışsa belə, Zəngəzur dəhlizinin açılmasına müqavimət göstərə bilməyəcək. İranın hazırkı qorxuları Trampın İsrailə olan açıq dəstəyi ilə bağlıdır. Bununla da İranın nüvə proqramı tam məhv ediləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Fevral 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri