Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Vətən müharibəsinin hər günü Azərbaycan Ordusunun ərazilərimizi işğaldan azad etməsi ilə yadda qaldı.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi «44 gün ərzində bir dəfə də olsun Ordumuz geriyə addım atmamışdır, ancaq irəli gedirdik».
Ona görə 44 gün hər bir azərbaycanlını fərəhləndirən qələbələr və hadisələrlə zəngindir.
Hər il oktyabrın 20-də xalqımız Vətən müharibəsinin əlamətdar hadisələrindən birini – Zəngilan rayonunun işğaldan azad edilməsini qürurla qeyd edir.
Bu gün Zəngilanın işğaldan azad olunmasından 5 il ötür. Füzuli və Cəbrayıl rayonları 1993-cü ilin avqust ayında işğal olunduqdan sonra Zəngi
Köməksiz qalmalarına baxmayaraq, zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə qəhrəmancasına vuruşdular.
235 nəfər zəngilanlı həmin döyüşlərdə şəhid oldu və itkin düşdü.