Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

İsrailə yeni qırıcılar verildi

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

Zəngilan tezliklə respublikamızın gözəl guşələrindən birinə çevriləcək

Zəngilan tezliklə respublikamızın gözəl guşələrindən birinə çevriləcək

Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Vətən müharibəsinin hər günü Azərbaycan Ordusunun ərazilərimizi işğaldan azad etməsi ilə yadda qaldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi «44 gün ərzində bir dəfə də olsun Ordumuz geriyə addım atmamışdır, ancaq irəli gedirdik». Ona görə 44 gün hər bir azərbaycanlını fərəhləndirən qələbələr və hadisələrlə zəngindir. Hər il oktyabrın 20-də xalqımız Vətən müharibəsinin əlamətdar hadisələrindən birini – Zəngilan rayonunun işğaldan azad edilməsini qürurla qeyd edir. Bu gün Zəngilanın işğaldan azad olunmasından 5 il ötür.


Füzuli və Cəbrayıl rayonları 1993-cü ilin avqust ayında işğal olunduqdan sonra Zəngilan düşmənin əhatəsində qalmışdı. Köməksiz qalmalarına baxmayaraq, zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə qəhrəmancasına vuruşdular. 235 nəfər zəngilanlı həmin döyüşlərdə şəhid oldu və itkin düşdü.


Vətən müharibəsinin ilk həftələrində Cəbrayılın, Hadrutun və Füzulinin azad edilməsi göstərirdi ki, işğal altında olan digər şəhər və rayonlarımızın, o cümlədən Zəngilanın düşməndən geri alınacağı gün uzaqda deyil. Xüsusən Ermənistan ordusunun Cəbrayıl rayonu ərazisində darmadağın edilməsi Silahlı Qüvvələrimizin qarşısıalınmaz döyüş gücünün təsdiqinə çevrilərək, hərbi birləşmələrimizin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Oktyabr ayının 20-də isə Zəngilan şəhəri və rayonun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri işğaldan azad olundu.


Həmin gün xalqa müraciətində Zəngilan şəhərinin və rayonun kəndlərinin azad olunması müjdəsini çatdıran Müzəffər Ali Baş Komandan bir daha bəyan etdi ki, düşmənin belini qıracağıq. Oktyabrın 18-dən başlanan Zəngilan uğrunda əməliyyat bunu bir daha təsdiq etdi. Zəngilan şəhərinin azad edilməsinin ardınca şanlı ordumuz növbəti günlərdə rayonun 4 qəsəbəsini və daha 49 kəndini işğalçılardan geri aldı. Rayonun digər yaşayış məntəqələrinin azad edilməsi isə 2020-ci i oktyabrın 22-də uğurla tam başa çatdırıldı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olundu.


Zəngilan rayonunun işğaldan azad edilməsi Vətən müharibəsində Azərbaycanın əldə etdiyi nöbəti strateji, eləcə də psixoloji uğur oldu. Belə ki, bu hadisə ilk növbədə Azərbaycan Silahlı Qüvvələrinin hücum əməliyyatlarının sürətli olduğunu göstərdi. Hərbi birləşmələrimizin Zəngilanı azad etməklə Ermənistanla sərhədə çatması isə düşmənə vurulan mənəvi-psixoloji zərbə oldu. Zəngilanın azad edilməsi nəticəsində həm də 30 ilə yaxın işğal altında qalan Azərbaycan-İran sərhədi bərpa olundu, o cümlədən ordumuzun Qubadlı istiqamətində irəliləməsi üçün əlverişli şərait yarandı.


Zəngilan 30 ilə yaxın davam edən işğal dövründə işğalçılar tərəfindən vandallığa məruz qalıb, təbii sərvətləri talan edilib. Ermənilər rayon ərazisindəki "Vejnəli" qızıl yatağını bu illər ərzində qanunsuz şəkildə istismar ediblər. O cümlədən, buradan mərmər, qranit və digər yeraltı sərvətlərimizi talan edərək Ermənistana daşıyıblar. Burada vaxtilə rayonda mövcud olmuş çinar meşəliyi işğalçılar tərəfindən tamamilə məhv olunub, Oxçuçay çayı ekoloji terrora məruz qalıb.


Bu gün Zəngilan dövlətimizin öz gücü ilə bərpa olunur, yenidən qurulur, işğalın izləri aradan qaldırılır. Zəngilan həm də işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın ilk ünvanıdır. Keçmiş məcburi köçkünlərin doğma evlərinə qayıdışı 2022-ci ilin may ayında Zəngilanın Ağalı kəndindən başlayıb. 2021-ci il aprelin 21-də təməli qoyulan Ağalı kəndi «Ağıllı kənd» konsepti əsasında yenidən qurulan pilot layihədir. Təməli qoyulduqdan cəmi 13 ay sonra, 2022-ci il mayın 27-də Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub və həmin gündən işğaldan azad edilmiş ərazilərə qayıdış başlayıb. Ağalıda “Ağıllı kənd” konsepsiyasının üç komponenti – ağıllı idarəetmə, ağıllı infrastruktur və xidmətlər, eyni zamanda, ağıllı təsərrüfat və biznes mühiti yaradılıb.


Zəngilanın Ağalıdan başlayan quruculuğu hərtərəflidir. Belə ki, rayonda həm infrastrukturlar bərpa olunur, həm yaşayış məntəqələri yenidən qurulur, həm də iqtisadi potensialın hərəkətə gətirilməsinə və vətəndaşların məşğulluğunun təmin olunmasına xidmət edən layihələr reallaşdırılır. 2021-ci ildən ötən dövrdə Zəngilanda Konqres Mərkəzinin, Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, “Sarıqışlaq”, “Zəngilan”, Cahangirbəyli və “Şayıflı” su elektrik stansiyalarının, “Zəngilan” yarımstansiyasının, “Ağalı” hotelinin tikintisi başa çatdırılıb, Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksi istifadəyə verilib. Zəngilan məscidi isə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunub.


Hazırda rayonda Rəqəmsal Yarımstansiyanın, Zəngilan şəhərində yaşayış komplekslərinin, uşaq bağçasının, məktəb binasının, Zəngilan İstirahət Kompleksinin inşası, Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin qurulması, o cümlədən, Alıbəyli, Zəngilan, Cahangirbəyli kəndlərinin və Mincivan qəsəbəsinin bərpası davam edir.


Yaxın gələcəkdə Zəngilan həm də Şərqi Zəngəzur iqtisadi rayonunun nəqliyyat qovşaqlarından birinə çevriləcək. Rayonda həyata keçirilən nəqliyyat layihələri bunu deməyə əsas verir. 2021-ci ilin may ayında təməli qoyulan Zəngilan Beynəlxalq Hava Limanının tikintisi 2022-ci ilin oktyabr ayında başa çatdırılıb. Bu, işğaldan azad olunan ərazilərimizdə Füzuli Beynəlxalq Hava Limanınından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci hava limanıdır. Bu hava limanının da imkanları bütün növ, o cümlədən ağır yük təyyarələrini qəbul etməyə imkan verir.


Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun və Zəngilan-Horadiz avtomobil yolunun istifadəyə verilməsi isə yaxın gələcəkdə işə salınacaq Zəngəzur dəhlizinin əsas seqmentləri olmaqla, Zəngilanın Şərqi Zəngəzurun nəqliyyat qovşağına çevrilməsini təmin edəcək.


Prezident İlham Əliyevin «Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında» 31 iyul 2023-cü il tarixli sərəncamı ilə oktyabr ayının 20-si ölkəmizdə Zəngilan şəhəri günü kimi qeyd olunur. Bu gün işğaldan azad olunmasının 5-ci ili tamam olan Zəngilanın quruculuğu sürətli və dinamikdir. Cənab Prezident İlham Əliyevin xüsusi diqqəti və nəzarəti altında həyata keçirilən quruculuq həm də əzəmətli və qürurvericidir. Artıq işıqları yanan, əzəli sakinlərinə qucaq açan Zəngilan tezliklə respublikamızın dilbər guşələrindən birinə çevriləcək.


Xanlar Fətiyev

Milli Məclisin deputatı


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://missiya.az
archiveBu xəbər 21 Oktyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see216

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see193

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see178

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see173

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see166

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see155

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see148

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see140

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see137

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri