Sia Az saytına istinadən Icma.az xəbər verir. “Azərişıq” ASC və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə Zəngilana mediatur t
SİA xəbər verir ki, 10 fevral – “Azərişıq” ASC-nin 10 illik yubileyi ilə əlaqədar keçirilən mediatur çərçivəsində KİV nümayəndələri Zəngilan
Burada qonaqlara yeni yaradılan mərkəzlə bağlı məlumat verilib.
Bildirilib ki, Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı ötən il oktyabrın 3-də Prezident İlham Əliyevin iştirakı ilə reallaşıb.
Müasir texnologiya və avadanlıqlarla təchiz olunan mərkəzdə hər birinin gücü 2500 kV olan iki güc transformatoru, 35 və 0,4 kV-luq qapalı paylayıcı qurğular, idarəetmə, texniki və köməkçi otaqlar yerləşir.
Mərkəzin elektrik təchizatı üçün 110/35/10 kilovoltluq “Zəngilan” yarımstansiyasından ikidövrəli yeraltı kabel xətləri çəkilib.
Daha sonra media nümayəndələrinin iştirakı ilə mərkəzdə konfrans keçirilib.
Tədbiri ASC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Vaqif Mustafayev açaraq qurumun 10 illik yubileyinə həsr olunmuş müsabiqə barədə məlumat verib.