Icma.az
close
up
RU
Zəngilana mediatur təşkil edilib

Zəngilana mediatur təşkil edilib

Sia Az saytına istinadən Icma.az xəbər verir.

“Azərişıq” ASC və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə Zəngilana mediatur təşkil olunub.

SİA xəbər verir ki, 10 fevral – “Azərişıq” ASC-nin 10 illik yubileyi ilə əlaqədar keçirilən mediatur çərçivəsində KİV nümayəndələri Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi ilə tanış olublar. Burada qonaqlara yeni yaradılan mərkəzlə bağlı məlumat verilib. Bildirilib ki, Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı ötən il oktyabrın 3-də Prezident İlham Əliyevin iştirakı ilə reallaşıb. Müasir texnologiya və avadanlıqlarla təchiz olunan mərkəzdə hər birinin gücü 2500 kV olan iki güc transformatoru, 35 və 0,4 kV-luq qapalı paylayıcı qurğular, idarəetmə, texniki və köməkçi otaqlar yerləşir. Mərkəzin elektrik təchizatı üçün 110/35/10 kilovoltluq “Zəngilan” yarımstansiyasından ikidövrəli yeraltı kabel xətləri çəkilib.

Daha sonra media nümayəndələrinin iştirakı ilə mərkəzdə konfrans keçirilib. Tədbiri ASC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Vaqif Mustafayev açaraq qurumun 10 illik yubileyinə həsr olunmuş müsabiqə barədə məlumat verib. Bildirib ki, “İşğaldan azad olunmuş ərazilərdə görülən işlər, həyata keçirilən innovativ layihələr” mövzusunda media nümayəndələri arasında keçirilən müsabiqəyə müraciət qəbulu fevralın 14-dək davam edəcək.

“Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə çıxış edərək 2015-2025-ci illər ərzində "Azərişıq" ASC-nin keçdiyi inkişaf yoluna qısa nəzər salıb. Bildirib ki, qarşıya qoyulan əsas hədəflərdən biri Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunandan dərhal sonra elektrik şəbəkəsinin yenilənməsi idi. Cəmi bir ayda Şuşa şəhəri elektrik enerjisi ilə təmin olundu. Həmçinin digər regionlarda reallaşan 100 kənd layihəsi əsasında 2023-cü ildə 140-dək, 2024-cü ildə 120-dən çox kənd və qəsəbələrdə elektrik təsərrüfatı yenilənib. 2025-ci ildə də bu layihə uğurla davam etdirilir.

Konfransda “Azərişıq” ASC-nin 10 illik fəaliyyətini əks etdirən videoçarx da nümayiş olunub.

Çıxışlar zamanı "Azərişıq" ASC sədrinin texniki məsələlər üzrə müşaviri Vüsal Qənbərov 10 illik fəaliyyəti dövründə qurumun əldə etdiyi nailiyyətlərdən bəhs edib. Bildirib ki, ölkə üzrə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri çərçivəsində 10 ildə 20 min km uzunluğunda müxtəlif gərginlikli müasir elektrik veriliş xətləri çəkilib, 30 min km-ə yaxın mövcud elektrik verilişi xətləri yenisi ilə əvəz olunub, 40 ədəd müasir 110/35 kV-luq, 227 ədəd 35 kV-luq yarımstansiya inşa edilib, 7 min ədəd yeni transformator məntəqəsi quraşdırılıb. "Azərişıq" ASC çətin relyef və hava şəraitinə baxmayaraq, ölkənin bütün regionlarında elektrik təsərrüfatının yenilənməsi işlərini davam etdirir.

Asan Xidmətlə iş və Elektron xidmətlər Departamentinin direktor müavini İnam Yusifov çıxışı zamanı media nümayəndələrinə elektron xidmətlər barədə məlumat verib. Qeyd edib ki, 2017-ci illə müqayisədə "Azərişıq" ASC-nin "ASAN xidmət" mərkəzlərində 8 il ərzində vətəndaşlara göstərilən xidmətlərin sayı 8-dən 18-ə çatdırılıb. Əvvəl 7 prosedurla aparılan müraciətlər bu gün, sadəcə, 2 prosedurla yekunlaşır. Nəticədə şəbəkəyə qoşulma müddəti 41 gündən 20 günə endirilib. Hazırda "Azərişıq" ASC-nin 15 elektron xidməti mövcuddur və bu xidmətlər vasitəsilə vətəndaşlar prosedurları onlayn şəkildə idarə edə bilirlər. Ötən il sahibkarlıq subyektlərinin 53.4%-i elektron şəkildə müraciət edib".

Sonda çıxış edən “Azərişıq” ASC-nin Enerji Satışı Departamentinin İnformasiya Araşdırma İdarəsinin rəis müavini Rüstəm Quliyev bildirib ki, 10 il ərzində ölkə üzrə enerji yığımı göstəricisi 80%-dən 97,6%-ə yüksəlib, texniki itki göstəriciləri 13,9%-dən 8,5%-ə endirilib. Bu ilin sonunadək texniki itkilərin daha 0,2% azaldılaraq 8,3%-ə çatdırılması proqnozlaşdırılır. Həmçinin bu illər ərzində abonentlərin sayı 2 milyon 359 mindən 2 milyon 993 minə, quraşdırılan smart sayğacların sayı 386 mindən 1 milyon 120 minə yüksəlib. Bu gün işğaldan azad edilən ərazilərdə 4182-si əhali qrupu olmaqla 5097 abonent fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunub.

Çıxışlardan sonra media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb. Sonda qonaqlar Zəngilanın elektrik enerjisi ilə təminatı üçün çəkilən 35 kV-luq ÖİN-3 kabel xətti ilə tanış olublar.

İstehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərini minimuma endirilməsini hədəfləyən "Azərişıq" ASC ölkə üzrə yenidənqurma və əsaslı təmir işləri ilə yanaşı, həm də maarifləndirici tədbirlərin keçirilməsinə davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Fevral 2025 23:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see284

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see250

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see236

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see236

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see235

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see233

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see229

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see219

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see214

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see211

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see211

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see196

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see189

Zelenski ilə məxfi yazışmalar üzə çıxdı: Avropa Komissiyası sədrinə qarşı araşdırma

24 İyun 2026 22:19see188

SOCAR İtaliya ilə enerji təhlükəsizliyi və investisiya layihələri üzrə fikir mübadiləsi aparıb

24 İyun 2026 17:58see188

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see186

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see179

Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir

24 İyun 2026 15:01see176

Xəyanətdən sonra qalmalı, yoxsa ayrılmalı?

24 İyun 2026 21:42see174

AZAL ın aviaparkına yeni “Airbus A321neo” təyyarəsi daxil edilir

24 İyun 2026 12:49see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri