Zəngilandakı yanğına səbəb olan vəzifəli şəxs: “Arılara tüstü vermək istəyirdim“ | Icma.az
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu ilin avqustun 10-da Zəngilan şəhəri ərazisində yanğın hadisəsi törədən 1985-ci il təvəllüdlü Vüsal Əlpənahovun məhkəmə prosesi başa çatıb.
Moderator.az "Teleqraf"a istinadən xəbər verir ki, Zəngilan Rayon Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs 7 ay müddətinə islah işlərinə cəlb edilib.
Lakin 55 gün ev dustaqlığında olduğu üçün bir günə dörd gün hesablanmaqla ona təyin edilmiş islah işləri cəzası çəkmiş hesab olunub.
Bundan başqa, aylıq qazancının 15 faizi məbləğində pul dövlət nəfinə tutulacaq.
Məhkəmədə ifadə verən V.Əlpənahov yanğının necə baş verdiyini danışıb: "Məscidin arxasındakı ərazidə özümə məxsus iki ədəd arı yeşikləri var.
7-10 gündən bir həmin yeşiklərə gedib qulluq edirdim. Hadisə günü arılara tüstü vermək məqsədilə körüyü yandırdım.
Həmin vaxt hava küləkli olduğu üçün yandırdığım körükdən qığılcım çıxdı, ətrafdakı kolluq əraziyə düşdü və alışaraq yanmağa başladı.
Tam oxu
Xəbəri oxu