Icma.az
close
up
RU
Zəngilandakı yanğına səbəb olan vəzifəli şəxs: “Arılara tüstü vermək istəyirdim“

Zəngilandakı yanğına səbəb olan vəzifəli şəxs: “Arılara tüstü vermək istəyirdim“

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu ilin avqustun 10-da Zəngilan şəhəri ərazisində yanğın hadisəsi törədən 1985-ci il təvəllüdlü Vüsal Əlpənahovun məhkəmə prosesi başa çatıb.

Moderator.az "Teleqraf"a istinadən xəbər verir ki, Zəngilan Rayon Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs 7 ay müddətinə islah işlərinə cəlb edilib. Lakin 55 gün ev dustaqlığında olduğu üçün bir günə dörd gün hesablanmaqla ona təyin edilmiş islah işləri cəzası çəkmiş hesab olunub. Bundan başqa, aylıq qazancının 15 faizi məbləğində pul dövlət nəfinə tutulacaq.

Məhkəmədə ifadə verən V.Əlpənahov yanğının necə baş verdiyini danışıb:

"Məscidin arxasındakı ərazidə özümə məxsus iki ədəd arı yeşikləri var. 7-10 gündən bir həmin yeşiklərə gedib qulluq edirdim. Hadisə günü arılara tüstü vermək məqsədilə körüyü yandırdım. Həmin vaxt hava küləkli olduğu üçün yandırdığım körükdən qığılcım çıxdı, ətrafdakı kolluq əraziyə düşdü və alışaraq yanmağa başladı. Ocağı söndürməyə çalışsam da, alınmadı, hava küləkli olduğu üçün yanğın ətraf ərazilərə də yayılmağa başladı. Bu vaxt ərazidə xidmət aparan polis əməkdaşlarına məlumat verdim, daha sonra hadisə yerinə FHN-in yanğınsöndürənləri gəldi".

Qeyd edək ki, yanğın "Məscid düzü" adlanan ərazidən Zəngilan rayonu Ördəkli kəndinə qədər olan əraziyədək təxminən 5000 hektardan çox əraziyə yayılıb. Yanğın zamanı təbiətə 8672 manat məbləğində ziyan dəyib.

Onu da əlavə edək ki, Vüsal Əlpənahov Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin Əmlakın İdarəetmə Şöbəsinin məsləhətçisi işləyir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Dekabr 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see204

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see179

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see172

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see164

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see149

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see144

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri