Zəngilanın Azərbaycanın güclü dövlətə çevrilməsində yeri və rolu Şərh | Icma.az
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Zəngilanın, Xudafərinin və Mincivan qəsəbəsinin 27 illik erməni işğalından azad edilməsindən 5 il ötür.
Artıq 20 oktyabr Zəngilanın işğaldan azad edildiyi gün kimi tarixə düşüb. Bu gün Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını yaşayır.
Tariximizdə çox parlaq anlar, hadisələr və qələbələr olub. Onların arasında Zəngilanın azad edilməsi xüsusi əhəmiyyət kəsb edir.
Zəngilanın azad olunması Qarabağ və Şərqi Zəngəzurun erməni işğalından azad olunması istiqamətində taleyinin həll olunmasında mühüm əhəmiyyət kəsb edirdi.
Azərbaycan Ordusu Zəngilan və Mincivanı azad etməklə birbaşa Ermənistana sərhədə çıxmasına imkan verdi.
Bu qələbə şanlı Azərbaycan Ordusunu yeni zəfərlərə ruhlandırdı və belə də oldu.
Zəngilanın ardınca işğal altında olan digər torpaqlarımız da sürətlə azad edilməyə başladı”.
Tam oxu
Xəbəri oxu