Icma.az
close
up
RU
Zəngilanın Azərbaycanın güclü dövlətə çevrilməsində yeri və rolu Şərh

Zəngilanın Azərbaycanın güclü dövlətə çevrilməsində yeri və rolu Şərh

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Zəngilanın, Xudafərinin və Mincivan qəsəbəsinin 27 illik erməni işğalından azad edilməsindən 5 il ötür. Artıq 20 oktyabr Zəngilanın işğaldan azad edildiyi gün kimi tarixə düşüb. Bu gün Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını yaşayır. Tariximizdə çox parlaq anlar, hadisələr və qələbələr olub. Onların arasında Zəngilanın azad edilməsi xüsusi əhəmiyyət kəsb edir. Zəngilanın azad olunması Qarabağ və Şərqi Zəngəzurun erməni işğalından azad olunması istiqamətində taleyinin həll olunmasında mühüm əhəmiyyət kəsb edirdi. Azərbaycan Ordusu Zəngilan və Mincivanı azad etməklə birbaşa Ermənistana sərhədə çıxmasına imkan verdi. Bu qələbə şanlı Azərbaycan Ordusunu yeni zəfərlərə ruhlandırdı və belə də oldu. Zəngilanın ardınca işğal altında olan digər torpaqlarımız da sürətlə azad edilməyə başladı”.

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı İmamverdi İsmayılov deyib.

Deputat bildirib ki, işğaldan azad olunan Zəngilanda bu gün abadlıq-quruculuq işləri gedir və “Böyük Qayıdış” planları bu ərazilərimizdə də sürətlə reallaşır. “Cənab Prezidentin apardığı uğurlu, məqsədyönlü, düşünülmüş və qətiyyətli siyasət sayəsində işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın inkişafında önəmli rol oynamaqdadır. Şərqi Zəngəzurun bir parçası olan Zəngilanda bu gün yüksək səviyyədə gedən sosial-iqtisadi inkişaf, abadlıq və quruculuq işləri göz qabağındadır. İşğaldan azad olunan ərazilərə də insanların ilk qayıdışı məhz Zəngilanın Ağalı kəndinə oldu. Ölkəmizin başçısının təşəbbüsü ilə burada salınan ilk “Ağıllı kənd” – Ağalı kəndi təkcə müasir texnologiyaların deyil, həm də dövlət siyasətinin mərkəzində insanın dayandığını göstərən bir nümunəyə çevrildi”, – o qeyd edib.

Deputat əlavə edib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qarabağa və Şərqi Zəngəzura davamlı səfərləri zamanı həyata keçirilən təməlqoyma və açılış mərasimləri, reallaşdırılan digər layihələr bunu deməyə əsas verir: “Zəngilanda artıq beynəlxalq hava limanı fəaliyyət göstərir. Zəngilanın bərpası və yenidən qurulması işləri sürətlə davam edir. Zəngilan bu gün nəinki Azərbaycan, region, Türk dünyası və Avrasiya üçün çox strateji əhəmiyyət kəsb edir. Çünki Zəngilan istər Cənubi Qafqazda sıx əməkdaşlıq münasibətlərinin qurulması, istər türk dünyasını, istər Qərblə Şərqi birləşdirəcək Zəngəzurda reallaşacaq nəqliyyat qovşağında yerləşir. Görülən bərpa-quruculuq işləri sayəsində tezliklə ölkəmizin iqtisadi inkişafında da böyük rol oynayacaq. Zəngilan rayonunun ərazisindən keçən nəqliyyat yolları beynəlxalq yükdaşımada və Naxçıvanla Azərbaycanın əsas hissəsinin birləşdirilməsində böyük rol oynayacaq. Əminəm ki, Zəngilan ən qısa zamanda Azərbaycan iqtisadiyyatının inkişafına, eyni zamanda logistik bir qovşağa çevrilməklə ölkəmizin daha da güclənərək qlobal və regional proseslərdə “orta güc” kimi aktiv oyunçu rolunda çıxış etməsində özünəməxsus yeri olacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://olke.az
archiveBu xəbər 21 Oktyabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri