Zərərli qidaların beyin fəaliyyətinə təsiri aşkar edilib... | Icma.az
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
...Beş günlük yağlı və şirin qidalar çəkini dəyişməsə də, amma beyin fəaliyyətini dəyişdirir.
Tübingen Universitetinin alimləri sağlam olmayan qidaların beyin fəaliyyətinə təsirini aşkar ediblər.
SİA-nın məlumatına görə, bu barədə “Nature” xəbər verir. ...Təcrübədə 29 sağlam kişi iştirak edib.
Onlardan 18-i şokolad, çıtır-çıtır və fastfuddan ibarət fərdi hazırlanmış yüksək kalorili qida paketləri alıblar.
Beş gün ərzində onlar adi haldan orta hesabla 1200 kalori çox istehlak ediblər. Nəzarət qrupu adi pəhrizə əməl edib.
Təhlillər göstərib ki, hətta qısa müddətli qeyri-sağlam qidalara meyllənmək də beynin maddələr mübadiləsini tənzimləyən və iştahı boğan hormon olan insulinə reaksiyasını zəiflədir.
Bu təsir obez insanlarda müşahidə edilən dəyişiklikləri xatırladır.
Tam oxu
Xəbəri oxu