Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Hər bir insanın bir ömür salnaməsi var.
Allahın insana bəxş etdiyi ömür payını elə yaşamalısan ki, dönüb arxaya baxanda təəssüflənməyəsən.
Həyatda o insanlar xoşbəxtfir ki, el-oba onun əməyindən bəhrələnir. Zərifə ana da belə analardandır.
Çox dəyərli, mənəviyyatca zəngin olan xanım agbirçəyimizdir. Bu gün o, övladlarına həm də ata əvəzidir.
Əslində Zərifə xanımın ömür-gün yoldaşı, SSRİ-nin Maarif əlaçısı, ömrünün 50 ilini Osakücə kənd orta məktəbinin direktoru işləmiş Hacı Hacırza Kişiyev də kəndimizin müdrik el agsaqqalı idi.
Möhtərəm Prezident cənab İlham Əliyevin sərəncamı ilə 2008-ci ildə ona Respublikanın Əməkdar müəllimi fəxri adı verilib.
O, bu gün həyatda olmasa da saysız-hesabsız şagirdlərinin, yetirmələrinin yaddaşında əbədi yaşayır.
Zərifə xanım da yəqin ki, Hacı Hacırzalı günləri ömrünün ən xoşbəxt günləri sayır. Hacırza müəllimlə birlikdə 7 övlad boya-başa çatdırıblar.